top
Qarabağ Çempionlar Liqasının əsas mərhələsinə yaxındır, lakin hazırkı heyətlə orada çətin olacaq Idman.biz
06 avqust 2025, 15:38
- ↺ +

"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinə yaxındır, lakin hazırkı heyətlə orada çətin olacaq

"Qarabağ" UEFA Çempionlar Liqası əsas mərhələsinə doğru irəliləyir.

Azərbaycan çempionu Skopyedə 1:0 hesabı ilə qalib gəldiyi "Şkendiya" səddini uğurla keçsə, sonrakı rəqib könə tanışlardan biri olacaq. Son üç ildə həm "Ferentsvaroş", həm də "Ludoqorets"i mübarizədən kənarlaşdıra bilib - özü də evdə onlarla bacarmasa da, səfərdə inamlı qələbələr qazanıb (müvafiq olaraq, 3:1, 7:2). Rəqiblər vaxtilə aldıqları "futbol dərsi"ndən nəticə çıxarıblarmı?

Bu mövsüm avrokuboklarda ardıcıl üçüncü qələbəsini qazanan "Qarabağ"a Şimali Makedoniya təmsilçisi böyük problem yaradacaq gücdə deyil. Bizim çempion vaxtilə bunu "Metalurq Skopye" (1:1, 5:2, 1:0, 2:0) və "Sileks" (4:0) kimi komandalarla oyunlarda sübut edib.

"Şkendiya"ya gəlincə, oyun ərzində qapı çərçivəsinə zərbələrin sayında meydan sahiblərinin 7-6 hesablı üstünyü qeydə alınsa da, qonaqların qapısı qarşısında qol vəziyyətləri, demək olar ki, yaradılmadı.

Rəqibin futbolçuları texnikalı olsalar da, Avropa təcrübələrinin azlığı aşkar sezilirdi. Xüsusilə geydiyi 11 nömrəli formaya uyğun olmayaraq, cinah müdafiəçisi mövqeyində oynayan və adı ilə diqqət çəkən yamaykalı Ronaldo Vebsterin birinci hissədə meydanın mərkəzində "Qarabağ"ın bir neçə futbolçusunu driblinqlə keçməsi alqışalayiq idi.

"Şkendiya"nın ən təcrübəli futbolçusu Besart İbraimi avrokuboklarda ümumilikdə 29 qol vurub, halbuki "Qarabağ"da belə məhsuldarlığı indiyədək heç kim göstərə bilməyib. Amma yaşı 39-a çatmaqda olan hücumçudan əvvəlki çıxışı gözləmək sadəlöhvlük olardı.

90 dəqiqə boyunca oyuna nəzarət edən "Qarabağ" da kifayət qədər qol vəziyyətləri yaratmasa da, rahatlıqla istədiyi nəticəni əldə edə bildi. Komandanın döyünən ürəyi Marko Yankoviçin də zədəsini sağaldaraq qayıdışı müsbət məqamlardandır.

Yeni transferlərdən start heyətində yer alan braziliyalı yarımmüdafiəçi Pedro Bikalyo hələ ki, ümidləri doğrultduğundan baş məşqçi Qurban Qurbanov bu mövsüm hər üç oyunda ona güvənib. İkinci hissədə kot d"vuarlı yarımmüdafiəçi Kris Kuakuya da şans verildi. Yenilərdən mərakeşli mərkəz müdafiəçisi Sami Mmaee və braziliyalı sağ cinah müdafiəçisi Dani Bolt isə ehtiyatda qaldılar. Ən yeni transfer - ispaniyalı yarımmüdafiəçi Xoni Montiel isə "Şkendiya" ilə oyunlar üçün iştirak ərizəsində, ümumiyyətlə, yer almayıb.

Mənfi cəhət kimi ötən mövsümün bombardiri Leandro Andradenin "dişsizliy"ini qeyd etmək mümkündür. Hücumda Nəriman Axundzadənin ümidinə qalan komanda isə Çempionlar Liqasında "nəsə edə" bilməz.

Kadi də əvvəlki formasından uzaqdır və tez-tez səhvlərə yol verirdi. Amma Qurban Qurbanov deyir ki, "bu gün bunu müzakirə etməli deyilik, çünki rəqibin gücünü də nəzərə almaq lazımdır". Bununla belə, baş məşqçi etiraf edir: "Ola bilər bəzi epizodlarda zəif təsir bağışladı". Səbəbini də açıqlayır: "Ona qarşı rəqib müdafiəçilər daha çox diqqət ayırırdılar. Hər oyunçu 90 dəqiqə eyni səviyyədə oynaya bilməz".

Bu da Qurban Qurbanovun ilk oyun və cavab qarşılaşması ilə bağlı fikirlərinin qısa xülasəsi: "Səfərdə qələbə qazanmaq çox vacib idi. Oyun ərzində səhvlərimiz çox olsa da, yekunda lazım olan nəticəni qazana bildik. Bakıda "Şkendiya"ya qarşı daha diqqətli oynamalıyıq. Çünki qarşımızda məğlub olmağı sevməyən bir komanda var".

Qarşıda hələ, necə deyərlər, bir yarım mərhələ var. "Qarabağ" 2017-ci ildən sonra ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə qatılmağa yaxındır. Amma hazırkı heyətlə orada heç də asan olmayacaq...

Rasim Mövsümzadə
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 07:21

Mourinyo “Barselona”nın “Real Madrid” qarşısındakı üstünlüyünü açıqladı

Futbol
Bu gün, 05:31

Devlan Rays: "Harri Kein Qızıl top mükafatına şübhəsiz layiqdir"

Futbol
Bu gün, 04:27

Arda Turan: “İnter”ə 0:1 məğlubiyyətdən sonra daha yaxşı nəticəyə layiq idik

Futbol
Bu gün, 03:17

Rio Ferdinand Manchester United-in Çempionlar Liqası performansını lotereya kimi tənqid etdi

Basketbol
Bu gün, 02:34

“Neftçi”nin basketbol baş məşqçisi: “30 dəqiqə pis oynadıq, amma yalnız beş xal fərqi ilə məğlub olduq”

Futbol
Bu gün, 02:09

“Sabah” UEFA Çempionlar Liqasında pley‑off zonasından kənarda

Futbol
Bu gün, 01:48

Bernardo Silva Real Madrid forması ilə Çempionlar Liqasının ilk qolunu vurar və rekord qırdı

Futbol
Bu gün, 01:29

Harri Keyn Çempionlar Liqasında ardıcıl 10 oyunda qol vuraraq Ronaldun rekorduna yaxınlaşdı

Futbol
Bu gün, 01:12

Fabregas: "Bəzi futbolçularımız üçün Çempionlar Liqasında cəmi üçüncü oyun"

Futbol
Bu gün, 01:10

Real Madrid 4:1 Leipzig, Manchester United 1:4

Digər
Bu gün, 00:51

ABŞ səfirliyi Azərbaycan sumoçusunun tarixi dünya çempionluğu qələbəsini təbrik etdi

Futbol
Bu gün, 00:31

Manuel Neuer Çempionlar Liqasında üçüncü ən çox oyun keçirən futbolçu oldu

Futbol
Bu gün, 00:14

La Liqada “Levante” “Atletik”i 3:1 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 00:05

Fransadakı iğtişaşlar səbəbindən PSJ - "Lion" matcının təxirə salınması nəzərdən keçirilir

Futbol
Dünən, 23:54

Şəki klubunda baş məşqçi Elvin Hacızadənin vəzifəsindən ayrılması

Futbol
Dünən, 23:44

Yunus Akgün Osimhenin Çempionlar Liqası rekordunu qırdı

Futbol
Dünən, 23:30

Fernandeş məğlubiyyətdən sonra taktiki qərarı qiymətləndirdi

Futbol
Dünən, 23:16

Mançester Yunayted Çempionlar Liqasında ilk iki dəqiqədə qol buraxan ilk İngiltərə klubu oldu

Futbol
Dünən, 22:55

Infantino: Bakıdakı U-15 Dünya Çempionatı və FIFA Festivalı Tarixi Mesajdır

Futbol
Dünən, 22:25

Juventus argentinalı müdafiəçi Nikolas Talyafikonu transfer etmək istəyir

Futbol
Dünən, 22:21

Şimali Koreyanın U-17 qadın millisinin hücumçusu dünya çempionatında 10 illik qol rekordunu qırdı

Futbol
Dünən, 22:09

PSJ azarkeşlərinin mişarlı və 'qətliam' pankartı ilə UEFA-ya şikayəti

Digər
Dünən, 22:01

Plyuşenko oğlunun Azərbaycanla bağlı köç planı olmadığını bildirib

Futbol
Dünən, 21:56

Fənərbaxçada Marko Asensio və Natan Ake uzun müddət kəmiyyətdə olmayacaq

Oxşar xəbərlər