top
Qarabağ Çempionlar Liqasında: 8 İldən Sonra Elit Futbola Qayıdış və Rəqiblər – ŞƏRH Report.az
29 avqust 2025, 17:00
- ↺ +

"Qarabağ" Çempionlar Liqasında: 8 İldən Sonra Elit Futbola Qayıdış və Rəqiblər – ŞƏRH

Azərbaycanlı futbol azarkeşləri sonuncu dəfə bu sevinci 2017-ci ilin yayında yaşamışdılar. Tarix 8 il sonra təkrarlandı. Premyer Liqanın son qalibi "Qarabağ"ın sayəsində! Ağdam təmsilçisi dünyanın ən nüfuzlu klubu turnirində - UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci dəfə mübarizə aparacaq. Düzdür, 8 il öncə turnirin formatı tam fərqli idi. Onda Qurban Qurbanovun yetirmələri 4 komandadan ibarət qrup mərhələsində çıxış etmişdi. Debüt mövsümündə "Çelsi" (İngiltərə) ilə "Roma"ya (İtaliya) ev və səfər görüşlərində uduzan "Qarabağ" Madrid təmsilçisi "Atletiko" ilə iki dəfə heç-heçə etməklə qrupu 2 xalla sonuncu pillədə başa vurmuşdu. Həmin vaxt bu nəticə heç də pis qarşılanmamışdı. Xüsusilə İspaniya nəhənginə qarşı görüşlərdə sərgilənən əzmkarlıq "Qarabağ"ın aktivinə yazılmışdı. Təsadüfi deyil ki, "Atletiko" məhz Azərbaycan çempionu ilə duellərdə itirdiyi 4 xala görə Çempionlar Liqasının qrup səddini adlaya bilməmişdi.

Bu dəfə isə "köhlən atlar"ı Liqa mərhələsində 8 komandaya qarşı daha çətin sınaq gözləyir. Əslində format dəyişikliyi həm də bu baxımdan yetərincə cəlbedicidir. UEFA oyun sayında artıma getməklə klubların daha çox qazanmasına şərait yaradıb. Düzdür, sıx təqvim digər tərəfdən, tam təbii olaraq, müəyyən çətinliklər yaradacaq. Bununla belə, qitənin ən güclü komandaları ilə qarşılaşmalar uzun müddət yaddaşlarda "kök salacaq". Nəticədən asılı olmayaraq...

Nəticədən söz düşmüşkən, "Qarabağ"ın bəxtinə düşən rəqiblərin siyahısına baxarkən, ciddi uğura ümid etməyin vaxt itkisi olduğu dərhal anlaşılır. Ağdam təmsilçisi tarixi uğura imza atsa da, realist olmalıyıq. 36 komandanın mübarizəsində ilk "8-liy"ə düşmək bir yana, 9-24-cü pillələrdən birini tutmaq missiyası da çətin görünür. Zarafat deyil, Azərbaycan çempionunun rəqiblərinin böyük əksəriyyəti qitənin ən nüfuzlu klub turnirinin daimi iştirakçılarıdır. Monakoda keçirilən püşkatma mərasimində dünya futbolunun tanınmış simaları Zlatan İbrahimoviçlə Kakanın "yüngül əli" ilə "Qarabağ"ın "Çelsi" (İngiltərə), "Ayntraxt" (Frankfurt, Almaniya), "Ayaks" (Niderland), "Kopenhagen" (Danimarka) ilə doğma meydanda, "Liverpul" (İngiltərə), "Napoli" (İtaliya), "Benfika" (Portuqaliya) və "Atletik"lə (İspaniya) isə səfərdə qarşılaşacağı dəqiqləşib. İlk baxışdan təkcə bir komandanın - "Kopenhagen"in təmsilçimizin "dişinə görə" rəqib olduğu görünür. Bununla belə, doğma azarkeşlər önündə "Ayaks" və "Ayntraxt"dan da xal və xallar almağın xəyalını qura bilərik. Digər rəqiblərlə görüşlərdə isə "idman xoşbəxtliyi"nə ümid etməkdən başqa yol görünmür.

Əlbəttə, rəqiblər güclüdür deyə, "Qarabağ" oyunlara uduzmaq üçün çıxmayacaq. Yetərli avrokubok təcrübəsinə malik Azərbaycan çempionu özündən səviyyəli komandaları daha öncə də büdrədib. "Köhlən atlar" yuxarıda adı çəkilən rəqiblərin böyük əksəriyyəti ilə avrokubokların fərqli mərhələlərində üz-üzə də gəlib. Qurban Qurbanov və komandası Liqa mərhələsinin oyunlarına da müsbət nəticə qazanmaq üçün maksimum köklənəcək. Sadəcə, hazırkı məqamda heyətə bir qədər də "əl gəzdirmək" pis olmazdı. Xüsusilə hücum xəttinin yenilənməsi mütləqdir. Nəriman Axundzadə ilə Musa Qurbanlı hər nə qədər gənc və perspektiv vəd edən futbolçular olsalar da, komandanın yükünü daşıyacaq potensialda deyillər. Bu səbəbdən rəqib müdafiəsini daim təzyiq altında saxlayan və qolları sıralayan səviyyəli forvardın transferi yaxşı olardı. Özü də yubanmamaq şərti ilə. Çünki komandanı UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunun oyunlarından (16-18 sentyabr) artıq sayılı günlər ayırır.

UEFA Çempionlar Liqası   Qurban Qurbanov   qarabag fk  
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:08

İraola: Futbolçular yıxılmağı məsləhət edir, hakimlər qaydanı qeydə alır

Futbol
Bu gün, 12:00

Bəxtiyar Musayev: Ayxan Abbasovun gəncləri milliyə dəvət etməsini alqışlayır

Futbol
Bu gün, 11:59

Prezident İlham Əliyev Xankəndi Şəhər Stadionunun yenidənqurulmuş açılışında iştirak edib

Voleybol
Bu gün, 11:48

Misirli voleybolçu Mariam Metvalli: Azərbaycanlılarla oxşarlıq var, burada evim kimi hiss edirəm

Futbol
Bu gün, 11:30

PSJ‑nin 12 nailiyyəti və 7 komanda rekordu Guinness Rekordlar Kitabına daxil edildi

Basketbol
Bu gün, 11:02

NTD basketbol klubu Hüseyn Məmmədovu mövsüm sonuna qədər müqavilə ilə transfer etdi

Qarabağ FK
Bu gün, 11:00

Musa Qurbanlı "Qarabağ"ın son 4 oyundakı xal itkisi: "Bu, daha çox məşqçilərimizin təhlil etməli olduğu məsələdir"

Cüdo
Bu gün, 10:48

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər Gününə həsr olunmuş qarışıq döyüş növləri turnirinə hazırlaşırlar

Gimnastika
Bu gün, 10:38

Selcan Mahsudova dünya çempionatında fərdi proqramın finalına vəsiqə qazanıb

Futbol
Bu gün, 10:30

DAZN-da Qadınlar Super Liqası iki oyunu canlı yayımlanacaq

Futbol
Bu gün, 10:30

Bundesliqada məğlub olmayan iki lider və rekord yarışı

Qarabağ FK
Bu gün, 10:23

Zirə – Qəbələ: 7 noyabr 18:30, Premyer Liqası 11. tur

Futbol
Bu gün, 10:15

Amed, Galatasarayın taxtını qorumağa çalışır, Manchester City təzyiq altında

Gimnastika
Bu gün, 10:05

Selcan Mahsudova batut gimnastikası üzrə Dünya çempionatında finala yüksəldi

Futbol
Bu gün, 10:00

Neftçi Legioneri: Mövsümün Sonunda İstəyimizə Çatacağıq

Futbol
Bu gün, 09:54

Ronaldo binqodan, Foden balıq tutaraq, Xavi göbələk yığaraq – futbol ulduzlarının maraqlı hobbiləri

Digər
Bu gün, 09:48

Əli Ataşov IMMAF Dünya Çempionatında Bürünc Medal Qazandı

Futbol
Bu gün, 09:41

Azərbaycan qadın milli komandası UEFA Millətlər Liqası üçün oyun təqvimi açıqlanıb;

Futbol
Bu gün, 09:40

Portuqalı ulduz futbolçu Nani Aktobe klubundan ayrıldı

Futbol
Bu gün, 09:28

Villan Paço Barselona transferi istəyir, amma məşqçi Luis Enrike qarşıdır

Futbol
Bu gün, 09:20

Bayern Münich 18 yaşlı Polşalı sol cinah oyunçusu Oskar Pituşevskiyi transfer radarına aldı

Qarabağ FK
Bu gün, 09:00

Zirə Qəbələ'yi 11-ci Turda Qonaq Eder

Futbol
Bu gün, 08:41

Portuqaliya milli komandası məşqçisi Ronaldo ilə ayrılmağı şərh etdi;

Futbol
Bu gün, 08:40

Ronaldo, Portuqaliya millisinin vida matçına dəvəti rədd etdi

Oxşar xəbərlər