top
“Qarabağ” - “Çelsi” oyununu Azərbaycan futboluna yaxşı bələd olan hakim idarə edəcək - İDMAN.BİZ-in TƏHLİLİ Idman.biz
03 noyabr 2025, 18:04
- ↺ +

“Qarabağ” - “Çelsi” oyununu Azərbaycan futboluna yaxşı bələd olan hakim idarə edəcək - İDMAN.BİZ-in TƏHLİLİ

Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Ağdamın "Qarabağ" və Londonun "Çelsi" komandaları arasında keçiriləcək oyunu Azərbaycan futboluna yaxşı tanış olan hakim idarə edəcək.

İdman.Biz-in məlumatına görə, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı avstriyalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Sebastyan Qishamerə olacaq.

Təxminən bir ay əvvəl - oktyabrın 13-də Qişhamer Azərbaycan millisinin iştirakı ilə keçirilən oyunda da iş başında olub. Həmin matç 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində baş tutub. Azərbaycan millisi səfərdə Ukrayna ilə qarşılaşıb. Oyun Polşanın Krakov şəhərində keçirilib və ukraynalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, həmin qarşılaşmada Qişhamer 88-ci dəqiqədə VAR vasitəsilə epizodu izlədikdən sonra Azərbaycan millisinin vurduğu qolu ləğv edib. Oyun ərzində baş hakim dörd sarı vərəqə göstərib, onlardan biri Azərbaycan millisinin üzvünə - qapıçı Şahruddin Məhəmmədəliyə verilib.

Avstriyalı hakim Ağdam "Qarabağ"ının da iştirak etdiyi oyununu da idarə edib. Bu, 2023-cü il oktyabrın 5-də Avropa kuboklarının qrup mərhələsinin ikinci turunda baş verib. Qurban Qurbanovun komandası həmin görüşdə İsveçin "Hekken" klubunu 1:0 hesabı ilə məğlub edib.

Həmin matçda Qişhamer cəmi üç sarı vərəqə göstərib, onların ikisini "Qarabağ" futbolçuları - Marko Yankoviç və Patrik Andrade alıb. Andrade artıq "Qarabağ"ın heyətində çıxış etmir, o, "Araz-Naxçıvan" klubunun futbolçusudur.

Qeyd olunan oyunların heç birində avstriyalı referi qırmızı vərəqə göstərməyib. "Çelsi"nin iştirak etdiyi görüşləri isə Qişhamer indiyədək idarə etməyib.

Xatırladaq ki, "Qarabağ" və "Çelsi" Çempionlar Liqasının qrup mərhələsində üç turdan sonra hərəyə altı xal toplayıb və müvafiq olaraq turnir cədvəlində 13-cü və 11-ci yerləri tutur. Komandalar arasındakı oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Oxşar xəbərlər