Çempionlar Liqasının IV turu çərçivəsində keçirilən "Qarabağ" – "Çelsi" matçında London təmsilçisinin vurduğu qol İngiltərə təmsilçisi üçün əlamətdar olub. Sport24.az xəbər verir ki, görüşün 16-cı dəqiqəsində fərqlənən Estevao "zadəganlar"ın avrokuboklar tarixində 350-ci qolunu vurub.
Həmçinin, Estevao "Çelsi" forması ilə Çempionlar Liqasında qol vuran ən gənc futbolçu olub.
Qeyd edək ki, hazırda ikinci hissəsi oynanılan matçda təmsilçimiz 2:1 hesabı ilə öndədir.