top
“Qarabağ” – “Ayaks”: rəqəmlər nə deyir? İdman.biz
24 oktyabr 2024, 11:48
- ↺ +

“Qarabağ” – “Ayaks”: rəqəmlər nə deyir?

Bu gün Avropa Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində "Qarabağ" Niderlandın "Ayaks" komandasını qəbul edəcək.

İdman.biz oyun ərəfəsində komandaların cari mərhələnin ilk iki turu əsasında statistik göstəricilərini nəzərdən keçirib.

Hər iki komandanın top qrafasında 1 və 5 rəqəmləri yer alıb. Lakin amsterdamlılardan fərqli, "Qarabağ"da 1 rəqəmi vurulan, 5 rəqəmi isə buraxılan qolları göstərir.

"Ayaks"ın 5 qolundan 4-ü sağ, 1-i sol ayaqla vurulub. Ağdamlılarda isə yeganə qol sağ ayaqla qapıdan keçiriblər.

Niderland klubu 4 xalla 6-cı, "Qarabağ" isə xalsız 34-cü pillədə olsa da, ilk iki matçda komandamız budəfəki rəqibindən fərqli, meydanda topa daha çox sahib olub. Azərbaycan təmsilçisində bu göstərici 51,5%-dirsə, qonaqlarımızda 49,5%-ə bərabərdir.

Qapıya zərbələrin sayında da "Köhlən atlar" üstünlüyə malikdirlər. Komandamızın 26 zərbəsindən 6-sı qapı çərçivəsinə yönəlib, 14-ü hədəfdən yayınıb, 6-sı bloka alınıb. Rəqib zərbə sayında geri qalsa da, dəqiqlikdə üstündür. 23 zərbənin 11-i qapı istiqamətində olub, 9-u yan keçib, 3 zərbə bloka alınıb. Cərimə meydançası daxilindən "Qarabağ" 18 zərbəsindən 1-ni, "Ayaks" isə 17-dən 4-nü qola çevirib. Uzaq məsafədən futbolçularımız 8, amsterdamlılar 6 zərbə endirib ki, ikincilərin 1 zərbəsi bəhrəsini verib.

Hər iki komandanın 1 penalti şansı olubsa da, "Qarabağ" öz fürsətindən istifadə edə bilməyib.

Ağdam klubu hücum sayında geri qalır. Komandamız iki oyunda 61 hücum təşkil edibsə, "Ayaks"da həmlələrin sayı 72 olub.

Künc zərbələrinin sayında "Qarabağ"ın 2 dəfədən çox üstünlüyü var – 16-7. Cərimə zərbələrinin sayında üstünlük "Ayaks"ın tərəfindədir – 33-23. Ofsayda isə cəmi 1 dəfə düşən rəqibindən fərqli olaraq, komandamız 8 dəfə düşüb.

Hər iki komandanın 16 driblinqi olub.

Ötürmələrdə Azərbaycan klubu həm say, həm də dəqiqlik baxımdan üstündür. 971 ötürmənin 836-sı (86,5%) ünvana çatıb. Rəqibdə 768 ötürmənin 637-si (82%) dəqiq olub. Uzun ötürmələr komandamızda 60%, niderlandlılarda isə cəmi 36,4% hədəfə yetişib.

Təkbətək mübarizələrdə üstün olan "Qarabağ" (54,5% - 50,3%), hava mübarizəsində rəqibindən geri qalır (30,6% - 39,3%).

Qapıçı seyvləri komandamızda 5, "Ayaks"da 7-dir.

Futbolçularımız 2 oyunda 20 fol edib, rəqibimiz 28. "Köhlən atlar"ın cəmi 1 sarı vərəqəsi olduğu halda, Niderland təmsilçisində 10 sarı, 1 qırmızı vərəqə var.

Vüqar Məmmədov
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:58

Mançester Siti və Barselona, Yuventusun müdafiəçisi Andrea Kambyazonun peşəkar keçidində

Digər
Bu gün, 14:54

Real Madrid Iker Kasilyasın oğullarını akademiyadan çıxardı

Futbol
Bu gün, 14:34

Zirə vs Qəbələ maçı: 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş aksiya

Digər
Bu gün, 14:27

UEFA Fransa Futbol Federasiyasını 10 min avro cərimələyib;

Futbol
Bu gün, 14:19

“Kristal Palas”ın baş məşqçisinin işdən çıxması gözlənilir

Futbol
Bu gün, 14:00

“Sabah” klubunun rəhbəri Ramin Həsənov “TransferRoom” mükafatının “İlin rəhbəri” namizədləri arasında!

Futbol
Bu gün, 13:47

Şirvan – Marafon oyunu yağış səbəbindən təxirə salına bilər

Formula 1
Bu gün, 13:33

Liam Louson Racing Bulls müqaviləsini uzatacaq və Braziliya Grand Prix-də 8-ci mövqeyə nail oldu

Olimpiada
Bu gün, 13:29

Dakar'da Azərbaycançılar iki qızıl medal qazanıb

Futbol
Bu gün, 13:25

22 yaşlı portuqaliyalı vinger Karlos Forbes üçün yarış: "Arsenal", "Tottenhem", "Mançester Yunayted", "Roma" və "Fiorentina" maraqlıdır

Futbol
Bu gün, 13:07

Mahir Emreli Polşada 'Legiya' matçında yüksək performans göstərdi

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Oxşar xəbərlər