Bakıda "Qarabağ" və Niderlandın "Ayaks" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununa indiyədək 27 650 bilet satılıb.
İdman.Biz xəbər ki, bu barədə Ağdam klubundan məlumat verilib.
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" qarşılaşması dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda yerli vaxtla saat 21:45-də start götürəcək.