top
Qarabağ avrokuboklarda 200-cü oyununu və 250-ci qolunu qeyd edib Idman.biz
06 noyabr 2025, 13:09
- ↺ +

"Qarabağ" avrokuboklarda 200-cü oyununu və 250-ci qolunu qeyd edib

"Qarabağ" avrokuboklarda 200-cü oyununu keçirib və 250-ci qolunu vurub.

İdman.Biz Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turuna təsadüf edib.

"Çelsi" ilə oyun Ağdam klubunun qitə kuboklarında ümumilikdə 200-cü matçı kimi tarixə düşüb. İngiltərə təmsilçisi ilə matç 2:2 hesabı ilə başa çatıb.

"Qarabağ" Çempionlar Liqasında 67, Avropa Liqasında (əvvəl UEFA kuboku) 109, Konfrans Liqasında 16, Kuboklar kubokunda 4, İntertoto kubokunda 4 matça çıxıb.

"Qarabağ"ın bu qarşılaşmadakı ilk topu Avropa klub turnirlərində vurduğu 250-ci qol olub. Yubiley topuna Leandro Andrade imza atıb.

"Qarabağ" Çempionlar Liqasında 105, Avropa Liqasında (əvvəl UEFA kuboku) 124, Konfrans Liqasında 19, Kuboklar kubokunda 1, İntertoto kubokunda 2 qol vurub.

"Qarabağ" bu qarşılaşmalarda 77 qələbə qazanıb, 47 heç-heçə edib cə 76 dəfə uduzub. 251 qol vuran komanda 261 top buraxıb.

Qeyd edək ki, "Qarabağ" avrokuboklarda 1996/1997 mövsümündə debüt edib. 1996-cı il avqustun 8-də "MüPA" ilə Bakıdakı qarşılaşmada qonaqlar qalib gəlib – 0:1. İlk qola isə Finlandiya təmsilçisi ilə 14 gün sonrakı matçda (1:1, əlavə vaxtda) Bəxtiyar Musayev imza atıb.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Dünən, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Dünən, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Futbol
Dünən, 21:39

Seneqal Millisinin Ex-Footballçusu Demba Ba Havr İdman Direktoru Vəzifəsindən Ayrıldı

Futbol
Dünən, 21:29

Fabio Kannavaro, Özbəkistan milli komandasının məşqçisi vəzifəsindən ayrılma ehtimalı

Oxşar xəbərlər