"Qarabağ" sabah UEFA Çempionlar Liqası Liqa mərhələsinin 3-cü turu çərçivəsində səfərdə İspaniyada "Atletik"in qonağı olacaq. Sport24.az xəbər verir ki, Azərbaycan çempionu matçın keçiriləcəyi "San Mames" stadionunda oyunöncəsi son məşqinə çıxıb.
Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı sabah saat 20:45-də start götürəcək.