top
Qarabağ Atletik üçün ciddi sınaqdır: İspaniya mətbuatı xəbərdarlıq edir Idman.biz
03 oktyabr 2025, 11:32
- ↺ +

"Qarabağ" "Atletik" üçün ciddi sınaqdır: İspaniya mətbuatı xəbərdarlıq edir

İspaniya mətbuatı "Qarabağ"ın Çempionlar Liqasında ardıcıl ikinci qələbəsinə toxunaraq, 22 oktyabrda "San Mames" stadionunda keçiriləcək qarşılaşmanı "Atletik" (Bilbao) üçün ciddi sınaq adlandırıb.

İdman.biz xəbər verir ki, yerli DEIA nəşri "Qarabağ" "Atletik"i xəbərdar edir" başlıqlı yazı dərc edib və vurğulayıb ki, Azərbaycan klubu Bilbaoya "Kopenhagen" üzərində 2:0 hesablı inamlı qələbədən sonra gəlir.

Nəşr qeyd edir ki, "Qarabağ" "Benfika"ya qarşı qələbənin təsadüfi olmadığını sübut edib və komanda güclü Avropa rəqiblərinə qarşı da yüksək nəticələr qazanmaq potensialına malikdir.

Öz növbəsində, Diario AS nəşri Ağdam təmsilçisinin ilk iki turdakı qələbələri fonunda "Qarabağ"ın Çempionlar Liqasının yeni mərhələ sistemində turnir cədvəlində üst pillələrdə yer aldığını yazır. Qəzet vurğulayır ki, iki turun nəticəsinə görə komanda ilk "8-liyə" daxil olub, "Atletik" isə hələlik pley-off zonasından kənardadır.

Qeyd edək ki, "Atletik" iki turun ardından xal qazana bilməyib və turnir cədvəlində 34-cü pillədə qərarlaşıb. Bilbao təmsilçisi ikinci turda səfərdə Dortmund "Borussiya"sına 1:4 hesabı ilə məğlub olub, ilk turda isə London "Arsenal"ına 0:2 hesabı ilə uduzub.

Ümumilikdə, İspaniya mediası hesab edir ki, Ağdamın "Qarabağ" klubuna məğlubiyyət "Atletik"in Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlmək ümidlərini faktiki olaraq məhv edəcək.

Yuxarıda qeyd olunduğu kimi, "Atletik" və "Qarabağ" arasında oyun 22 oktyabr tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Teymur Tuşiyev

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər