top
Qarabağ - Atletik: Bilbaoda köhlən atları nə gözləyir? - İDMAN.BİZ-in ANALİZİ Idman.biz
22 oktyabr 2025, 13:20
- ↺ +

"Qarabağ" - "Atletik": Bilbaoda "köhlən atları" nə gözləyir? - İDMAN.BİZ-in ANALİZİ

Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının qrup mərhələsində üçüncü oynuna çıxacaq.

İdman.Biz xəbər verir ki, "Qarabağ"ın rəqibi Bilbao təmsilçisi "Atletik"dir. Bu komanda İspaniya futbolunun nəhənglərindən sayılmasa da, avrokuboklarda böyük təcrübəyə malikdir. 2011/12 mövsümündə Avropa Liqasının finalına qədər yüksəlmiş, lakin Madrid "Atletiko"suna 0:3 hesabı ilə uduzmuşdu.

Bask təmsilçiləri Çempionlar Liqasına bu mövsüm uğursuz başlayıblar: Londonun "Arsenal" klubuna (0:2), Dortmunda "Borusiya"sına (1:4) məğlubiyyət. Amma "Qarabağ" qrup mərhələsinə ideal şəkildə başlayıb - səfərdə Lissabon "Benfika"sını 3:2, evdə isə Danimarkanın "Kopenhagen" klubunu 2:0 hesabı ilə məğlub edib.

Xatırladaq ki, bu, Ağdam klubunun Çempionlar Liqasında ikinci səfər oyunudur. Və növbəti qarşılaşma ola bilsin üslub baxımından "köhlən atlar" üçün Lissabondakından fərqli olsun.

"Atletik"in ÇL-də və İspaniya Liqasındakı uğursuzluqlarına baxmayaraq, basklar "San Mames" stadionunda daha inamlı çıxış edir – bu mövsüm burada üç qələbə qazanıblar, bir dəfə heç-heçə edib, bir dəfə də uduzublar. Oyun tərzlərinə gəldikdə isə, cinahlardan çox hücum edirlər və dəqiq ötürmələrin sayına görə La Liqanın lider komandalarındandırlar. Yəni biz cinahlardan cərimə meydançasına daha çox ötürmə izləyəcəyik. Bu isə o deməkdir ki, "Qarabağ" cərimə meydanı ətrafında qaydaları pozmadan həm hava, həm də fiziki mübarizələri uduzmamalıdırlar.

"Atletik"in üstünlükləri

Rəqibin "açar" oyunçuları arasında Uilyams qardaşları xüsusi seçilir. Sol cinah hücumçusu Niko Uilyams La Liqada 90 dəqiqə ərzində ən çox uğurlu driblinq edən oyunçular arasındadır və təhlükəli sürətli çıxışları ilə tanınır. Böyük qardaşı İnyaki Uilyams isə rəqib arxasına sızması ilə fərqlənir. Cərimə meydanında Qorka Quruzeta aktivdir, ötürmələri və hava toplarını tamamlayır. Oihan Sanset xətlərarası əlaqəni birləşdirən və son ötürmələrdən məsul oyunçudur. Aleks Berenger isə sol cinahdan daimi və kəskin ötürmələr edir. Təcrübəli müdafiəçi Aymerik Laportun qayıdışı isə standart vəziyyətlərdə komandanın gücünü artırıb.

"Qarabağ" nə etməlidir?

"Benfika" ilə oyunda "Qarabağ"ın oyun və yekun zərbələr üçün daha böyük sahəsi vardı. Amma Bilbaoda vəziyyət fərqli ola bilər: mərkəzdə daha az boşluq, kənarlarda daha çox ikili mübarizə və cərimə meydanına çoxlu ötürmələr gözlənilir.

"Qarabağ" üçün əsas məqsəd cinahları bağlamaqdır. Kənar müdafiəçi ilə dayaq yarımmüdafiəçi arasında sıx əlaqə olmalı, ötürmə vaxtı azaldılmalı, cərimə meydanı ətrafında ehtiyatlı şəkildə sığortalama təmin olunmalıdır. Cərimə meydançasının küncündə artıq-əskik kobudluqlardan uzaq olmaq vacibdir - "Atletik" standart vəziyyətləri yaxşı yerinə yetirir, ona görə də belə halların qarşısını mövqe oyunu ilə almaq daha düzgündür. Qapı qarşısında intizama xüsusi diqqət yetirilməlidir. Təkcə ilk topun uzaqlaşdırılması yox, həm də "ikinci top"un dərhal ələ keçirilməsi vacibdir.

Yekun olaraq...

Ehtimal ki, basklar tempi artırmağa və "Qarabağ"ı fiziki baxımdan tükəndirməyə çalışacaqlar. Bu zaman Ağdam təmsilçisinə oyunun ritmini aşağı salmaq üçün itkisiz 2-3 qısa ötürmə etmək, rəqibin oyun planını pozmaq lazımdır.

Bilbaoda "Qarabağ" üçün açıq sahələr az olacaq, fiziki və hava mübarizələri çox olacaq. Qurban Qurbanovun komandası daha çox dözümlülük və təzyiqə davamlılıq göstərməli olacaq, nəinki Lissabonda olduğu kimi açıq oyun nümayiş etdirmək.

Amma nizam-intizam və cinahlarda ağıllı oyun "Qarabağ"a rəqibin hücumlarının qarşısını almağa və imkan düşdükdə səhvlərdən yararlanaraq qol vurmağa şərait yarada bilər. Bu mövsüm Çempionlar Liqasında "Qarabağ" artıq sübut edib ki, Avropanı təəccübləndirməyi bacarır. Bəlkə bu dəfə də Bilbaoda eyni şey təkrarlanacaq.

Teymur Tuşiyev

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Oxşar xəbərlər