top
“Qarabağ” antirekorda doğru: 5 qoldan sonrakı 5 oyunluq həsrət İdman.biz
29 noyabr 2024, 18:00
- ↺ +

“Qarabağ” antirekorda doğru: 5 qoldan sonrakı 5 oyunluq həsrət

"Qarabağ"ın avrokuboklardakı uğursuz seriyası davam edir.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu ev oyunlarında qara zolağa düşüb.

Qurban Qurbanovun yetirmələri öz meydanında keçirdiyi son 5 matçın hamısında uduzub. Bu seriya Çempionlar Liqasının III təsnifat mərhələsindən başlayıb.

İkinci raundda Cəbəllütariq "Linkoln"una 5 cavabsız qol vuran "Qarabağ" sonrakı 5 qarşılaşmada azarkeşlərinə yalnız üzüntü bəxş edib. Öncə "Lüdoqorets", ardınca Zaqreb "Dinamo"su Bakıdan qalib ayrılmağın sevincini yaşayıb.

Avropa Liqasında da ölkəmizin qonaqları qələbələri sıralayıblar. Öncə "Malmö" "Qarabağ"ı məğlub edib. Son iki görüş daha acınacaqlı olub. Həm "Ayaks", həm "Lion" böyükhesablı nəticə qazanıb.

Bu darmadağınlardan sonra ev oyunlarındakı məğlubiyyət seriyası 5-ə çatıb. Bu da Azərbaycan klublarının avrokuboklardakı çıxışları dövründə ikinci ən acınacaqlı seriyadır.

2024/25 mövsümü
Çempionlar Liqası

"Qarabağ" – "Lüdoqorets" – 1:2
"Qarabağ" – "Dinamo" Z – 0:2
Avropa Liqası
"Qarabağ" – "Malmö" – 1:2
"Qarabağ" – "Ayaks" – 0:3
"Qarabağ" – "Lion" – 1:4

Antirekordun özü də Ağdam təmsilçisinə məxsusdur. Hazırda həmin antirekordun iki addımlığında olan "Qarabağ" tarixinin ilk ev qələbəsinə qədər uzun illər gözləməli olub.

"Rusenborq" üzərində 2009-cu ildə əldə olunan qalibiyyət "Qarabağ"ın avrokuboklardakı 8-ci ev görüşünə təsadüf edib. Bunadək isə istisnasız məğlubiyyətlər sıralanıb.

1996-cı ildəki debütdən başlayaraq ardıcıl 7 ev oyununda uduzan "Qarabağ"ın həmin antirekordu hələ təkrarlanmayıb. Qurbanovun komandası həmin seriyaya yaxınlaşmamaq üçün FCSB ilə görüşdə qələbə, ən azı heç-heçəyə imza atmalıdır.

Düzdür, yeddi məğlubiyyətdən ibarət seriyanın son görüşündə əlavə vaxt oynanılıb. 90 dəqiqəsi heç-heçə bitən qarşılaşmadakı yenilgi sonrakı 30 dəqiqəyə təsadüf edib. UEFA reytinqinə və digər ümumi cədvəllərə də məhz 120 dəqiqənin nəticəsi nəzərə alındığı üçün Moldova klubu ilə görüşdə ardıcıl 7-ci ev məğlubiyyəti qeydə alınıb.

1996/97 mövsümü
Kuboklar kuboku

"Qarabağ" – "MüPA" – 0:1
1997/98 mövsümü
UEFA kuboku

"Qarabağ" – "Yablonets" – 0:3
1998/99 mövsümü
Kuboklar kuboku

"Qarabağ" – "Kopenhagen" – 0:4
1999/2000 mövsümü
İntertoto kuboku

"Qarabağ" – "Makkabi" H – 0:1
"Qarabağ" – "Monpelye" – 0:3
2004/05 mövsümü
UEFA kuboku

"Qarabağ" – "Dukla" BB – 0:1
2006/07 mövsümü
UEFA kuboku

"Qarabağ" – "Zimbru" – 1:2

Qeyd edək ki, "Qarabağ" FCSB ilə 2025-ci il yanvarın 23-də qarşılaşacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Qarabağ FK
Dünən, 22:21

Azər Məmmədov: Qarabağ oyunu üçün də üç xal görürəm

Qarabağ FK
Dünən, 22:15

Aleksey Kaşuk: Ukrayna Milli Komandanı çağırışı – həyatımın arzuladığı an

Qarabağ FK
Dünən, 22:06

Mourinyo Vinisiusa əzab etdi: Güclü futbolçuların da bad günü olur

Voleybol
Dünən, 21:56

Azərbaycan Qadın Voleybol Super Liqası 2026/2027 mövsümünün açılış matçları

Qarabağ FK
Dünən, 21:55

Bədavi, Qurbanlı və Şahruddin Məhəmmədəliyev Azərbaycan Milli Komandasına dəvət edildi

Qarabağ FK
Dünən, 21:55

Qarabağın 7 futbolçusu milli yığmalara çağırıldı

Olimpiada
Dünən, 21:43

Badmintonçu Ülvi Hüseynov: Heç Vaxt Heçnə İmkansız Değildir - Video

Boks
Dünən, 21:34

Azərbaycan kikboksçuları Avropa çempionatı üçün Şimali Makedoniyaya yola düşdü

Futbol
Dünən, 21:27

Cennaro Qattuzo oktyabr ayının İtaliya Seriyası ən yaxşı məşqçisi seçildi

Futbol
Dünən, 21:26

Manchester Unitedda Carlos Balebanın ciddi zədəsi

Oxşar xəbərlər