top
Qarabağ akademiyasının koordinatoru: Bir neçə futbolçumuz əsas və əvəzedici komandanın məşqlərinə qoşulurlar Report.az
10 fevral 2025, 22:55
- ↺ +

"Qarabağ" akademiyasının koordinatoru: "Bir neçə futbolçumuz əsas və əvəzedici komandanın məşqlərinə qoşulurlar"

Bir neçə futbolçumuz əsas və əvəzedici komandanın məşqlərinə qoşulurlar.

"Report" xəbər verir ki, bunu "Qarabağ" futbol akademiyasının koordinatoru Aftandil Hacıyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis aşağı yaş qruplarından ibarət kollektivlərin hazırkı durumu barədə danışıb:

"Akademiyanın komandaları hazırlığı və mövsümün ikinci hissəsində mübarizəni davam etdirirlər. Qış fasiləsinə qədər olan dövrdə əksər futbolçularımız bir yaş böyüklərdən ibarət komandalarda forma geyinirdi. Hətta yoxlama görüşlərində əsas komandaya qoşulan yetirmələrimiz də oldu. Onların inkişafı üçün addımlar atılır. Bu, dayanmadan davam etməlidir. Klub və akademiya rəhbərliyi mövsümün ikinci hissəsində də komandaların, futbolçuların, məşqçilərin inkişafı üçün lazım olan hər şeyi edəcək".

Futbol funksioneri çempionluq mübarizəsi aparan U-19, U-17, U-16 və U-15 kollektivlərinin şanslarını dəyərləndirib:

"U-15 və U-16 mayda pley-off mərhələsində oynayacaqlar. Onların nəticələri nə qədər önəmli olsa da, inkişafları daha vacibdir. Futbolçuların növbəti mövsüm üçün daha yüksək yaş qruplarında oynamağa hazır olması çox önəmlidir. Bu yaş qruplarından bir futbolçumuz artıq əsas komanda ilə hazırlıq keçir. Əsas məqsədimiz onları qısa zamanda böyük futbola çatdırmaq, istedadlarını açmaq üçün şərait yaratmaqdır. Təbii ki, mayda pley-offda nəticələr yaxşı olanda biz də sevinirik. Amma əsasən futbolçuların daha yüksək yaş qruplarına hazır olmasına fokuslanmışıq. U-17 və U-19 komandaları üçün uzun müddətdir seleksiya aparılır. Bu yaş qruplarında kənardan futbolçu cəlb etmək çox çətindir. Ona görə əlimizdə olan heyətlə nəticələrin daha yaxşı olmasına çalışırıq. Ən önəmlisi bu futbolçuları əvəzedici və əsas heyət üçün yetişdirməkdir. Artıq bir neçə futbolçumuz əsas, bəziləri əvəzedici komandanın məşqlərinə qoşulurlar. Bizi daha çox onların peşəkar futbola qədəm qoymaları maraqlandırır".

A.Hacıyev komandaların qarşıdakı dövrdə bir sıra turnirlərdə iştirak edə biləcəyini vurğulayıb:

"Bir çox ölkələrdə qışa qədər turnirlər keçirilmir. Qarşıda qatıla biləcəyimiz bir sıra turnirlərlə bağlı danışıqlar aparırıq. Bu yarışların təşkilatı işləri başa çatıb və təsdiq gözləyirik. Bir neçə komandamız yaya qədər beynəlxalq turnirlərdə iştirak edə bilər. Yaxın müddətdə bu komandalar və turnirlər dəqiqləşəcək. İldən-ilə qatıldığımız turnirlərin səviyyəsinin yüksəlməsi barədə düşünürük. Bu il ötən ilki ilə müqayisədə daha keyfiyyətli yarışlara qatılmağa qərar vermişik. Futbolçularımız və məşqçilərimiz bu sınaqlardan çox yaxşı təcrübə qazana bilərlər".

Koordinator akademiyanın "Sərhədçi" İdman Mərkəzinə köçürüləcəyini söyləyib:

"Bütün akademiyanın indi eyni məkanda – "Sərhədçi" İdman Mərkəzinə köçürülməsi planlaşdırılır. Bunun gerçəkkləşməsini istəyirik ki, bütün komandalar nəzarət altında və bir yerdə olsun. Amma meydança amili var. Bir meydança ilə çox çətin olur. Kiçik ikinci meydançanın istifadəmizə verilməsi müzakirə olunur. Bundan sonra akademiyanın eyni məkanda olması işimizin keyfiyyətini artıra bilər".

O, "Qarabağ"ın əsas komandasının üzvlərinin milli komandanın özəyini təşkil etdiyini xatırladıb:

"Son 2 ildə akademiyadan da kifayət qədər oyunçu yığmalara dəvət alır. Qısa müddətdə bu rəqəm təxminən ikiqat artıb. Əvvəl akademiyamız millilərə 16-18 futbolçu verirdisə, indi bu rəqəm 32-33-ə çatır. Bu, bizi sevindirir. Akademiyanın ölkə futboluna fayda verməsi önəmlidir. Onların sabit çıxışı, həm klub, həm millidə oynamağa indidən öyrəşməsi vacibdir. Buna görə də biz daim millilərin məşqçiləri ilə sıx əlaqədə oluruq və belə davam edəcəyik. Belə artım bu müddətdə görülən məqsədyönlü işlərin nəticəsində mümkün olub. Yaxşı seleksiya işləri aparılıb. Bütün yaş qrupları üzrə istedadlı futbolçuların akademiyamıza cəlb edilməsi üçün xeyli əməli addımlar atılıb. Bu seleksiya işləri həm Bakıda, həm regionlarda aparılıb. Yığmalardakı təmsilçilərimizin sayındakı artıma səbəb olan ikinci amil bu futbolçularla aparılan yaxşı işdir. Məşqçilər korpusu da xeyli yaxşılaşdırılıb. Artıq akademiyamızda Pro kateqoriyalı 3 məşqçi çalışır. Bu da bir akademiya üçün kifayət qədər yüksək göstəricidir. A, B və C lisenziyası olan xeyli məşqçilərimiz var. Onların işə yanaşması, futbolçularla apardığı işlər də öz müsbət təsirini göstərir. Digər amil isə şəraitin yaxşılaşdırılmasıdır. Komandalarımız beynəlxalq turnirlərə göndərilib. Bu da futbolçuların istər dünyagörüşü, istər oyun keyfiyyətlərinin artmasına təsir göstərir. Təlim-məşq bazamızda müəyyən müsbət işlər görülüb, texnologiyanı inkişaf etdirməyə çalışmışıq. Bunların hər biri dəstəkləyici amillərdir.

Aftandil Hacıyev müxtəlif yaş qrupları üzrə yığmalarda çıxış edən oyunçuların bir çoxunun gələcəkdə əsas millidə görə biləcəyimizi deyib:

"Sırf istedad və yanaşma baxımından bu futbolçuların hər biri əsas yığmaya qədər yüksələ bilər. Bir neçə oyunçumuz da var ki, fiziki cəhətdən geri qaldıqları üçün millilərə dəvət almırlar. Amma biz onların potensialına bələdik, şübhəmiz yoxdur. Onlara bunun üçün lazım olan vaxtı vermişik və inkişaflarına təkan olmağa çalışırıq ki, bu oyunçuları milli komandalarımıza qazandıra bilək. Bundan əlavə, futbolçuların A milli komandaya qalxması üçün təkcə mənim, "Qarabağ" akademiyasının imkanları kifayət etmir. Bunun üçün həm çıxış etdikləri aşağı yaş qrupları üzrə yığmalar, həm peşəkar karyeralarını quracaqları klubların rolu olacaq. Bu klublar "Qarabağ" da, digərləri də ola bilər. Təbii ki, bu qədər futbolçunun hamısı "Qarabağ"ın əsas komandasında oynamayacaq, başqa klublarda da çıxış edəcək. Yəni bir futbolçunun əsas milliyə yüksəlməsi üçün kənar amillər də rol oynayır. Onun özü, klubu, rəqabət mühiti, ailəsi və digər amillər futbolçunun inkişafında müstəsna rola malikdir. Bunların hamısı bir yerdə toplanarsa, bu istedadlı futbolçularımızın əksəriyyətini əsas yığmada görə bilərik".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Oxşar xəbərlər