top
Qarabağ akademiyasının komandaları bir neçə beynəlxalq turnirdə iştirak edəcək Report.az
17 iyun 2025, 15:16
- ↺ +

"Qarabağ" akademiyasının komandaları bir neçə beynəlxalq turnirdə iştirak edəcək

"Qarabağ"ın aşağı yaş qruplarından ibarət komandaları bir neçə beynəlxalq tunirdə iştirak edəcəklər.

Bu barədə "Report"a Ağdam təmsilçisinin akademiyasının koordinatoru Aftandil Hacıyev bildirib.

Mütəxəssis U-10 komandasının bir neçə gündən sonra Avstriyaya yollanacağını söyləyib:

"Bu ölkədəki turnirdə iki heyətlə - "Qarabağ-1" və "Qarabağ-2" kimi çıxış edəcəyik. Məqsədimiz bu futbolçuların daha çox oynamasıdır. İyunun 23-nə qədər Vyanada olacağıq".

A.Hacıyev U-17-nin İsveçdə keçiriləcək ən güclü turnirlərdən birində iştirak edəcəyini nəzərə çatdırıb:

"U-17 komandası isə iyulda İsveçə yollanacaq. Bu, demək olar dünyada bir nömrəli turnirdir. "Gothia Cup" Göteborqda təşkil ediləcək. Növbəti mövsüm turnirlər avqustdan başlayacaq. 2011-ci il təvəllüdlü futbolçuları böyük ehtimalla Qazaxıstana göndərəcəyik. Orada yaxşı turnir olacaq. U-12-nin isə Gənclər və İdman Nazirliyi tərəfindən Qubada təşkil olunacaq turnirdə iştirakına şərait yaradacağıq. Çox keyfiyyətli yarış olmalıdır. Turnirlərdəki hədəflərimizə gəlincə, əlbəttə, çempionluq yaxşıdır. Amma əsas məqsəd futbolçuların tez bir zamanda peşəkarlaşması və inkişaf etməsidir. Demək olar bütün yaş qruplarından ibarət komandalarımız Azərbaycan çempionatlarında medal qazandılar. Bu, uşaqlar üçün də motivasiyadır. Əsas məqsəd onların peşəkar futbola hazırlamaqdır".

O, klubun U-13 komandasının Bolqarıstanda keçirilən beynəlxalq turnirin qalibi olmasına da münasibət bildirib:

"U-13 yeni bir komanda idi. Bu il ölkə çempionatında da oyun baxımından özlərini yaxşı tərəfdən göstərdilər. Bu səbəbədən komandanı turnirə göndərməyə qərar vermişdik. Turnirdə "Ludoqorets", "Levski", "Botev", "Burqas" və Bolqarıstanın digər məşhur klubları iştirak edirdi. Uşaqlar yaxşı təcrübə qazandılar. Bir məğlubiyyətləri oldu və qrupu ikinci yerdə bitirdilər. Daha sonra yarımfinalda "Levski" ilə qarşılaşdılar. Bu rəqiblə heç-heçə edib (0:0), penaltilər seriyasında finala vəsiqə qazandılar. Finalda qarşılaşdıqları "Burqas" klubu digər qrupda seçilən kollektivlərdən idi. Ümumilkdə turnir yaxşı təşkil olunmuşdu".

Qeyd edək ki, "Qarabağ"ın 13 yaşadək futbolçulardan ibarət komandası Bolqarıstanda keçirilən "Sozopol Cup 2025" turnirinin qalibi olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 22:56

Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri açıqlanıb

Gimnastika
Bu gün, 22:45

Tofiq Əliyev: Dünya çempionatı üçün hazırlıq tamam, Çinə yola düşürük

Futbol
Bu gün, 22:37

Vensan Kompani sağlamlıq problemləri səbəbindən “Bavariya”nın üç oyununu qaçıracaq - qayıdış tarixi hələ məlum deyil

Futbol
Bu gün, 22:19

Azərbaycan U-15 Milli Yığması Vyetnamla məğlub oldu

Cüdo
Bu gün, 22:11

Balabəy Ağayev qızıl medalı qazandıqdan sonra hələ də inana bilmir

Formula 1
Bu gün, 22:03

Qətər və Əbu-Dabi Qran-priləri Formula-1-də ləğv oluna bilər

Cüdo
Bu gün, 21:48

İJF Könül Əliyevanın Əbu-Dabidə tarixi qızıl medalını təqdim etdi

Futbol
Bu gün, 21:42

Levandovski: Arsenal'ə qoşulmadım, çünki titul qazanmaq istəyirdim

Futbol
Bu gün, 21:27

Kataloniya polisi Barselona azarkeşinin Kamavinqaya bayraq dirəyi ilə hücumu üçün 650 min avroya qədər cərimə təklif edir

Futbol
Bu gün, 21:26

La Liqası, dəmir yolu qəzası məzunları üçün bir dəqiqəlik səssizliyə başlayacaq

Futbol
Bu gün, 21:13

Espanyolun Sabiq Həcumçusu Mişel Pineda 62 Yaşında Ölüm

Futbol
Bu gün, 20:57

Everton Markus Reşford üçün danışıqlara başladı

Futbol
Bu gün, 20:55

Juventus Kenan Yıldızı satmaq məcburiyyətində qala bilər, Arsenal onun ən böyük maraqlananıdır

Futbol
Bu gün, 20:41

Barselona’da Jul Kundenin zədəsi hələ də davam edir

Futbol
Bu gün, 20:29

Azərbaycan U-15 milli komandası FIFA Dünya Çempionatıda Vyetnamı 2:4 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 20:27

Çelsi, İspaniya milli müdafiəçisini transfer etmək istəyir

Futbol
Bu gün, 20:27

Mançester Siti beş ildə transferlərdən bir milyard qazandı, Mançester Yunayted isə 405 milyon funt itirdi

Futbol
Bu gün, 19:59

Maykl Karrik vəzifəsinin saxlanılmasına “Təəccüblənmirəm” deyə cavab verdi

Futbol
Bu gün, 19:58

Qalibləri futbolçuların səsverməsi ilə seçiləcək

Futbol
Bu gün, 19:46

Conston Berq eyni gündə 30 dəqiqəlik fasilə ilə iki kubok oyunu oynayacaq

Futbol
Bu gün, 19:24

Xristo Stoiçkov Bakıya gəlib və 120 uşaq arasında FIFA-nın “Boots for All” festivalında iştirak edib

Cüdo
Bu gün, 19:20

Balabəy Ağayev BƏƏ-də “Böyük Dəbilqə” turnirində qızıl medala yiyələndi

Digər
Bu gün, 18:59

"Mançester Yunayted"in hücumçusu üçün 2026-cı il erkən başa çatdı

Digər
Bu gün, 18:51

Qakpo penalti vurmağın sirrini açdı: “Əvvəlcədən küncü seçirəm”

Oxşar xəbərlər