top
Qarabağ akademiyası: Hakim 'Napoli' ilə oyunda penaltimizi vermədi Idman.biz
26 noyabr 2025, 18:54
- ↺ +

"Qarabağ" akademiyası: "Hakim 'Napoli' ilə oyunda penaltimizi vermədi"

UEFA Gənclər Liqasında "Napoli"yə qarşı matçda hakim "Qarabağ"ın penaltisini qeydə almayıb.

Bunu Ağdam təmsilçisinin akademiyasının koordinatoru Aftandil Hacıyev deyib.

Mütəxəssis U-19 komandasında inkişaf hiss olunduğunu söyləyib.

"Napoli"yə qarşı oyun yaxşı keçdi. Uşaqlarda inkişaf hiss olunur. Birinci oyunla indiki arasında xeyli fərq var. Oyun demək olar ki, bərabər səviyyədə keçdi. İlk hissədə erkən qol buraxdıq. Sonradan bir neçə qol imkanı yaratdıq. Bəzən rəqib qapıçı imkan vermədi, bəzən hakim bizə qarşı sərt qərarlar verdi. Hətta 100 faizlik penaltimizi qeydə almadı", - deyə o, "Report"a açıqlamasında deyib.

O, hava şəritinin də komandaların oyununa maneə yaratdığını vurğulayıb:

"Bir qədər də hava şəraiti komandalara mane olurdu. İlk hissədə hesabda geriyə düşəndə həm də küləyə qarşı oynayırdıq. Hətta deyərdim ki, qasırğa idi, üstəlik, yağış yağırdı. "Napoli" də bizi təzyiq altında saxlayırdı. Ümid edirdik ki, ikinci hissədə rəqib komanda oxşar çətinliklərlə üzləşəcək. İkinci hissədə güclü küləyin əsməsi, matçda 40-45 dəqiqəyə yaxın fasilənin yaranması dinamikanı bir qədər də aşağı salmışdı. Yağış futbolçuların meydanda topla hərəkətinə imkan vermirdi. Qapılar qarşısında çox az qol vəziyyəti yarandı. Rəqib əlinə düşən imkandan yararlandı, biz isə bunu edə bilmədik. Ümumilikdə futbolçular yaxşı mübarizə apardılar, rəqibdən çəkinmədilər".

A.Hacıyev rəqib komanda haqqında da danışıb:

"Napoli"nin U-19 komandası bildiyimiz italyan üslubunda çıxış edir. Mübarizələrdən həzz alırlar. Yaxşı futbolçular var. UEFA Gənclər Liqasında daha əvvəl "Sportinq" (Portuqaliya) və "Ayntraxt"la (Frankfurt, Almaniya) heç-heçə oynayıblar. Statistikaya baxsaq, həm az qol buraxırlar, həm də rəqib qapılarından az top keçirirlər. Bütün hallarda futbolçularımız belə bir komandaya qarşı çəkinmədən oynadılar".

Qeyd edək ki, ötən gün baş tutan "Napoli" - "Qarabağ" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:00

İnтер və Milan Generali Stadium layihəsini ictimaiyyətə təqdim etdi

Futbol
Bu gün, 07:16

Barcelona, PSG və İngiltərə nəhəngləri Qalatasarayın yarımmüdafiəçisi Aleksey Batrakov üçün rəqabət aparır

Futbol
Bu gün, 06:18

“Yuventus”da baş məşqçi vəzifəsi üçün Deşam namizədlər arasındadır

Futbol
Bu gün, 05:07

Everton Cek Qrilişi intizam pozduğu üçün heyətdən çıxardı

Futbol
Bu gün, 04:57

Manchester United baş məşqçisi: Zəmanətə ehtiyacım yoxdur, məsuliyyəti tam başa düşürəm;

Futbol
Bu gün, 04:15

Çelsi 100 milyonluq transferdən imtina edib, Barselona’nın ulduzunu almaq məsləhət görüldü

Futbol
Bu gün, 03:14

Messi 2027-ci ildə Newell's Old Boysa qayıtmaq üçün transfer vaxtını müəyyən etdi

Futbol
Bu gün, 01:55

“Fiorentina” və “Atalanta” 2:2 hesablı heç‑heçə, “Frozinone” 5:1 qalibiyyətlə cədvəl zirvəsinə yaxınlaşıb

Futbol
Bu gün, 01:42

Everton, 3-1-ə Nyukasl'ı məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəldi

Futbol
Bu gün, 01:30

Lotar Matteus Borussiya müdafiəçilərini tərifləyib və Joan Qadunu Upamekano ilə müqayisə etdi

Şahmat
Bu gün, 01:06

KazChess Masters turnirində reytinq favoriti Məhəmməd Muradlı ilk iki turda məğlubiyyətlərlə təəccübləndirir

Futbol
Bu gün, 00:56

Ançelotti Braziliya milli futbol heyətini açıqladı, Vinisius Junior və Endrik dəvət aldı

Şahmat
Bu gün, 00:37

İstanbul 2026‑da Şahmat Rapid və Blits Dünya Çempionatına Ev Sahibliyi Edəcək

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Futbol
Bu gün, 00:09

Cristiano Ronaldo 985 qol vurdu, 1000 qol hədəfinə daha 15 qol qalıb

Futbol
Dünən, 23:49

Mançester Yunayted 29 yaşlı hücumçunu izləyir

Futbol
Dünən, 23:34

Barselona qış transferlərində müdafiə xəttini gücləndirmək üçün Yoşko Qvardol, Bastoni, Lisandro Martines və Natanı hədəfləyir

Basketbol
Dünən, 23:24

Gəncə basketbol klubu Avropa Kubokunda qazandığı qələbəni ölkə çempionatında da davam etdirməyə çalışır

Futbol
Dünən, 23:21

Gəncəbaşar 90% heyət dəyişdirərək Xankəndini 3:2 məğlub etdi

Futbol
Dünən, 23:07

Arsenalın apelyasiya şikayəti rədd, 16 yaşlı futbolçu üç oyunluq diskvalifikasiya edildi

Cüdo
Dünən, 22:56

Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri açıqlanıb

Gimnastika
Dünən, 22:45

Tofiq Əliyev: Dünya çempionatı üçün hazırlıq tamam, Çinə yola düşürük

Futbol
Dünən, 22:37

Vensan Kompani sağlamlıq problemləri səbəbindən “Bavariya”nın üç oyununu qaçıracaq - qayıdış tarixi hələ məlum deyil

Futbol
Dünən, 22:19

Azərbaycan U-15 Milli Yığması Vyetnamla məğlub oldu

Oxşar xəbərlər