"Qarabağ" klubu AFFA İntizam Komitəsinin qərarları ilə bağlı Apellyasiya və Arbitraj Tribunalına şikayət etməyəcək.
Bu barədə "Report"a Ağdam təmsilçisinin mətbuat katibi Anar Hacıyev məlumat verib.
O, çıxarılan qərarlara etiraz olunmayacağını bildirib.
Qeyd edək ki, AFFA İntizam Komitəsi "Sabah"a qarşı keçirilmiş Azərbaycan Kubokunun final oyununda yaşananlara görə "Qarabağ"ı cərimələyib."Köhlən atlar" müxtəlif səbəblərdən 6700 manat ziyana düşüb. Komandanın məşqçisi Müşfiq Hüseynov iki, futbolçu Yassin Benzia beş oyunluq cəza alıb.