"Qarabağ"ın əvəzedici komandasının baş məşqçisi Cavad Mirzəbəylinin klubdan ayrıdlığını xəbər vermişdik. Mirzəbəyli Sport24.az-a açıqlamasında Ağdam təmsilçisi ilə yolları ayırdığını təsdiqləyib:
"Bundan sonra U-21-in məşqçilər korpusunda yer alacam. Məni milliyə Ayxan Abbasov dəvət edib ki, buna görə ona təşəkkür edirəm. Çalışacam etimadı doğruldum".
Qeyd edək ki, Cavad Mirzəbəylinin rəhbərlik etdiyi komanda 58 xal toplamaqla 2024/25 mövsümünü 58 xalla 4-cü pillədə başa vurub.