top
Qara tarixin “qəhrəmanları” haqda… ürək sözləri Sport24.az
15 oktyabr 2024, 15:00
- ↺ +

Qara tarixin “qəhrəmanları” haqda… ürək sözləri

RƏŞAD QASIMOV

Mahir Emreli 70-ci dəqiqədə meydandan qovulanda oyunu birgə izlədiyim dostlara "artıq bəhanə var. Məğlub olsaq, baş məşqçimiz mətbuat konfransında "qırmızı"nın oyunun gedişinə təsir etdiyini söyləyəcək, növbəti dəfə yenilgiyə "allı-güllü don geyindirəcək" dedim. Millinin isə uduzacağı hiss olunurdu, sadəcə, an məsələsi idi. Artıq 60-cı dəqiqədən etbarən slovaklar qapımıza "oturmuşdular". Rahilin topu hara gəldi uzaqlaşdırması, Bədavinin yorğun sifəti, Mehdinin inamsız baxışları tezliklə qapımızda qol olacağından xəbər verirdi. Hücumdan isə danışmağa dəyməz. Bir vaxtlar ikinci Banişevski olacağını düşündüyümüz Ramilin meydanda nə etmək istədiyini nəinki azarkeşlər, heç özü də başa düşmür. Almaniyada top qovan "gənc və perspektivli" Mahir isə... (açığı, fikirimi ifadə etməyə söz tapmadım. Mən də bu yerdə millimiz kimi aciz və əlacsızam).

 

Fernandu Santuşa gəlincə, "portuqaliyalının gəlişi ilə yığmada müsbət yöndə nə dəyişib" sualına cavab tapana şəxsən özüm hədiyyə verəcəm. Millinin nə oyun dəst-xətti var, nə də sabitliyi... Yox, burda səhvə yol verdim. "Sabitlik" var, 4 oyun, 4 məğlubiyyət...

 

75-ci dəqiqədə qonaqlar ikinci qolu Dağıstan futbol məktəbinin yetirməsi Mehdi Cənnətovun qapısından keçirincə, futbolçularımız sanki Aşıq Ələsgərin "Sındı" qoşmasındakı son misraları xatlırladılar: "sındı qol qanadım, yanıma düşdü"... Estoniya ilə oyunda olduğu kimi, bu dəfə də hesabda geri düşən komandanın oyunçularının gözü tabloda idi. Həmin an onların ən böyük arzusu 90 dəqiqənin tez başa çatması idi. Faciə də bundadı ki, artıq yığma üzvləri geridönüş edəcəklərinə, gedişatı dəyişə biləcəklərinə inanmırlar. Santuşun yığmasının bir adı var: ruhsuz və inamsız milli.

 

Halbuki, bir neçə ay öncə, daha dəqiq desək, iyunda Macarıstan toplanışı çərçivəsində Qazaxıstanla üz-üzə gələn komanda hesabda 0:2 geri düşsə də, ikinci yarıda geridönüş edərək 90 dəqiqəni qalib başa vurmağı bacarmışdı. Arif Əsədovu bəyənməyənlər, görəsən, indi nə fikirləşirlər, "Haladaş" İdman Kompleksində baş tutan matçı xatırlayırlar?

 

Portuqaliyalının fikrincə, oyunun sınma anı Emrelinin meydandan qovulması oldu. Bəlkə də düz fikirləşir, ancaq yenə də səhv özündən qaynaqlanır. Niyə? Səbəbini deyim, siz də bilin. Santuşun yanında azərbaycanlı mütəxəssis, ölkə futbolunu və futbolçularını yaxından tanıyan biri olsaydı, deyərdi ki, Mahirin passivində "sarı" var, onu dəyişmək lazımdı. Axı, Mahirin qırmızə almaq ehyimalı standartdan xeyli yüksəkdi. Biz bunun dəfələrlə dəfələrlə şahidi olmuşuq. UEFA Millətlər Liqasının 2020/2021 mövsümünü xatırlayın. Lüksemburqla görüşün 25-ci dəqiqəsində rəqibə qarşı kobud oynayan forvard "qırmızı" ilə "mükafatlandırlmışdı". Təəssüf ki, cənab Santuş azərbaycanlılara güvənmir, bizlərə inanmır.


Qarşıdakı oyunlarda bizi nə gözləyir? Növbəti turlarda nə olacağını deyə bilmərəm, yalnız onu bilirəm ki, Azərbaycan futbolunda növbəti qara tarix yazılır və bu tarixin "qəhrəmanlar"ı hələ çox xatırlanacaq...

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Bu gün, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Bu gün, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Bu gün, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Futbol
Bu gün, 20:23

Real Madrid'in baş məşqçisi Joze Mourinyo La Liga'da Ayın Ən Yaxşı Məşqçisi seçildi

Basketbol
Bu gün, 20:15

Sabah Qravett'ı geri qaytarmaqda

Futbol
Bu gün, 20:04

Turan Tovuz”un vitse-prezidenti Həsən Zeynalov: “Məqsədə çatmasaq, baş məşqçi ilə danışılacaq”

Futbol
Bu gün, 19:57

Qattuzo: "Otağa girdim, sanki morq kimi hissettim"

Futbol
Bu gün, 19:51

Joze Mourino İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçildi

Cüdo
Bu gün, 19:43

Azərbaycanın iki cüdo hakiminə beynəlxalq dərəcə verildi

Futbol
Bu gün, 19:35

Sumqayıtın futbolçuları milli komandalarına çağırıldı

Futbol
Bu gün, 19:28

İspaniya Milli Komandası Çexiyaya qarşı matçda Yamal iştirak etməyəcək

Cüdo
Bu gün, 19:24

Yaponiyadaki cüdo təlimlərinə başlanan Azərbaycan yeniyetmə komandası

Futbol
Bu gün, 19:17

Kəpəz Təlim‑Məşq Mərkəzində AFFA‑nın C kateqoriyalı məşqçilik kursları başladı

Cüdo
Bu gün, 19:04

Vyanada Azərbaycan döyüşçüləri Vendetta Fight Nights turnirində iki qalibiyyət qazandı

Futbol
Bu gün, 18:54

Mezzotero milli komandadan çıxarılıb, Salyanski dəvət edildi

Futbol
Bu gün, 18:48

Lixtenşteynin kapitanı Hasler zədələnib, Azərbaycanlı milli komanda ağır zərbə alır

Şahmat
Bu gün, 18:42

Şəhriyar Məmmədyarov sabah Budapeştdə 'Total Chess' turnirinə başlayır

Futbol
Bu gün, 18:23

Norveç futbol oyununda tribuna çökmüş, azarkeş xəstəxanada

Digər
Bu gün, 18:08

ABŞ-də Karolina Panthers və Denver Broncos matçında korgi it meydanı işğal etdi

Futbol
Bu gün, 17:56

Niderlandın ikinci liqasında azarkeşl etirazı səbəbindən "Vitess" - "De Qraafşap" matçı ləğv edilib

Futbol
Bu gün, 17:55

Azərbaycan İFA II Liqasının X turunda Hypers 4:0, Qaradağ Lökbatan isə 5:0 qalib gəldi

Futbol
Bu gün, 17:50

"Sabah" FK milli fasilədə 4 günlük istirahətə buraxılıb

Futbol
Bu gün, 17:44

Raül Qonsales İspaniyanın "Ovyedo" klubunun baş məşqçisi təyin olundu

Oxşar xəbərlər