top
Qara Qarayevin həyat yolu haqqında kitab yazılır Idman.biz
02 iyul 2025, 14:56
- ↺ +

Qara Qarayevin həyat yolu haqqında kitab yazılır

Azərbaycan futbolunun tanınmış siması, "Araz-Naxçıvan" klubunun və milli komandanın təcrübəli üzvü Qara Qarayevin həyatı haqqında bioqrafik kitab yazılır.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu məqsədlə Qara Qarayev və TEAS Press Nəşriyyat Evinin rəhbəri Nicat İbrahimov arasında görüş keçirilib.

Tərəflər arasında rəsmi əməkdaşlıq müqaviləsi imzalanıb. Beləliklə, layihəyə rəsmi şəkildə start verilib. Kitabın müəllifliyi isə Türkiyənin tanınmış idman yazarı və jurnalisti Murat Aksoya həvalə edilib. Əsərin çapı da Türkiyədə olacaq. Kitabda Qara Qarayevin peşəkar futbol karyerası ilə yanaşı, onun şəxsi düşüncələri, həyat fəlsəfəsi və milli futbolumuzdakı rolu da geniş şəkildə əks olunacaq.

Görüş zamanı layihənin həm ölkə futboluna, həm də kitabın ictimai təbliğinə verəcəyi töhfələr xüsusi vurğulanıb.

Qara Qarayev layihə ilə bağlı təəssüratlarını bölüşüb: "Bu bir yoldur... Mən hər oyunda, hər məşqdə, hər qərarda ailəmin, xalqımın və komandamın etimadını daşıyıram. Ruhumun, düşüncələrimin və futboldakı yolumun izini TEAS Press Nəşriyyat Evi qələmə alaraq gələcək nəsillərə çatdırmaq istədi. Bu təklif mənim üçün gözlənilməz idi, amma bir o qədər də sevindirici və dəyərli oldu. İnanıram ki, bu kitab gənc futbolçular üçün bir işıq və yol xəritəsi olacaq. Çünki bu hekayə təkcə mənim yox, inanmaqdan və əzmli olmaqdan vaz keçməyən hər bir gəncin hekayəsidir. Çətinliklərə baxmayaraq, doğru dəyərlərlə, vicdanla və əzmlə istənilən yolu qət etmək mümkündür".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 15:31

Xətai rayonunda məktəblilər arasında Zəfər Gününə həsr olunan kamandan oxatma turnirinin qalibləri müəyyən olundu

Futbol
Bu gün, 15:25

“Marafon” çimərlik futbolu komandası Dünya Turnirində ardıcıllıqla ikinci dəfə məğlub oldu

Futbol
Bu gün, 15:20

Qalatasarayla Fənərbağça derbisində dava edən futbolçulara ağır cəza gözlənilir

Futbol
Bu gün, 15:15

Türkiyə Kubokunun 3-cü mərhələsində 72 komanda adayaşmasında

Futbol
Bu gün, 15:00

İspaniya Kuboku 2026/27: 27 oktyabrdan 112 komanda 56 matçda qarşılaşacaq, favoritlər 1/16 finalda qoşulacaq

Futbol
Bu gün, 15:00

Barselona İsveçli mərkəz yarımmüdafiəçi Lukas Bervalla ilə maraqlanır

Futbol
Bu gün, 14:40

Okan Buruk: "Qalatasaray" Fənərbağçaya Şampionlar Liğasında fərsət vermədi

Futbol
Bu gün, 14:38

İtaliyada futbol oyunu sonrası 8 nəfər saxlanıldı, bir azarkeş komada

Futbol
Bu gün, 14:25

İngiltərə Liqa Kubokunun 1/8 finalı start götürür: "Liverpul" - "Çelsi" odak nöqtəsində, "Arsenal" üçün sərt sınaq

Futbol
Bu gün, 14:16

"Hoffenhaym" baş məşqçisi Kristian İlzer, xəstə Vensan Kompaniyə dəstək mesajı verdi

Futbol
Bu gün, 14:13

World Winners Cup Alanya 2026

Futbol
Bu gün, 14:05

Azərbaycan Kubokunda 12 oyun start götürdü: “Zirə” “Səbail”ə, “Araz-Naxçıvan” “Şimal”a qarşı

Qarabağ FK
Bu gün, 13:59

Aftandil Hacıyev: “Dinamo Zaqreb” qarşısında təcrübəmizi nəticəyə çevirməli, daha cəsarətli və keyfiyyətli oyun nümayiş etdirməliyik

Cüdo
Bu gün, 13:52

Abşeron-Xızı cüdo çempionatı Oktyabrın 31-də Sumqayıtda keçiriləcək

Futbol
Bu gün, 13:44

Bakıda U-15 Dünya Çempionatının qrup mərhələsi yekunlandı: İngiltərə, Fransa və Argentina turnirdən kənarda qaldı

Futbol
Bu gün, 13:40

Andrey Fedilchenkov Liverpool skaut şöbəsinin rəhbəri olacaq

Cüdo
Bu gün, 13:29

Hidayət Heydərov 73 kq çəki dərəcəsində qalanı qəbul etdi və Əbu-Dabidəki "Böyük Dəbilqə" turnirinə bu divarda qatılacaq

Futbol
Bu gün, 13:24

Kristal Pelas İsmaila Sarrı satmaq istəmir, Liverpool və Qalatasaray hələ də maraqlanır;

Futbol
Bu gün, 13:21

Arçi Braun: Bardakçıya sərt sözlər, 'Qadın kimi cırmaq atırlar'

Futbol
Bu gün, 13:14

Tural Cəlilov: Şimal Araz‑Naxçıvanı ‘Aşkar favorit’ kimi qiymətləndirir

Futbol
Bu gün, 13:00

Bojan Letici: "PAOK mənə qəti şəkildə maraqlanır, lakin son anda tələb olunan məbləğ o qədər həddindən artıq idi ki, Real Madrid belə verməzdi"

Futbol
Bu gün, 12:44

Almaniya Kuboku: "Borussiya" "Verder"ə, "Bavariya" "Maqdeburq"a qarşı – 1/16 final mərhələsi başlayır

Futbol
Bu gün, 12:40

Milan, amerikalı hücumçu Kristian Pulişiç ilə müqaviləni uzadır

Güləş
Bu gün, 12:17

Azərbaycanın iki qadın güləşçisi və İslam Abbasov dünya çempionatında məğlub oldular;

Oxşar xəbərlər