top
Qara Qarayev: Ruhdan düşməyin, Azərbaycan futbolunu layiqincə təmsil edəcəyik Idman.biz
08 avqust 2025, 09:22
- ↺ +

Qara Qarayev: "Ruhdan düşməyin, Azərbaycan futbolunu layiqincə təmsil edəcəyik"

"Oyunun çətin keçəcəyini bilirdik. Güclü komandaya qarşı oynadıq, amma müəyyən dəyişikliklər etməyə çalışsaq da, istədiyimiz qədər effektiv ola bilmədik".

İdman.biz xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın futbolçusu Qara Qarayev evdə Kipr "Omoniya"sına 0:4 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra Teleqraf-a açıqlamasında deyib.

Onun sözlərinə görə, son illərdə Azərbaycan klubları belə səviyyəli rəqiblərlə çox qarşılaşmayıb: "Daha öncə mətbuat konfransında dediyim kimi, bu dəfəki "Omoniya" əvvəlkilərdən xeyli fərqlidir – yeni baş məşqçi, fərqli fəlsəfə və daha keyfiyyətli futbolçularla daha təhlükəli komandaya çevriliblər. Bizim komandada potensial var, amma hələ tam adaptasiya prosesi bitməyib. Daha yaxşı kollektiv qurmaq üçün bir az vaxta ehtiyacımız var. Yunanıstan səfərində son 45 dəqiqəni 10 nəfərlə oynamamız və yol yorğunluğu öz təsirini göstərdi. Psixoloji olaraq isə hər gün daha yaxşı olmağa çalışırıq".

Qarayev qırmızı vərəqə cəzalısı İqor Ribeyronun yoxluğunun da hiss olunduğunu diqqətə çatdırıb. Lakin o, bəhanə axtarmadıqlarını söyləyib: "Təcrübəsizlik, diqqətsizlik və yorğunluq kimi səbəblər üzərində dayanmağa ehtiyac yoxdur. Əsas odur ki, növbəti oyunlara tam peşəkarlıqla yanaşaq".

33 yaşlı müdafiəçi azarkeşlərə də mesaj göndərərək, ruhdan düşməmələrini istəyib: "Araz-Naxçıvan" yeni hədəflərlə yola çıxıb və biz də Azərbaycan futbolunu layiqincə təmsil etmək üçün əlimizdən gələni edirik. İstəyimiz həm Naxçıvan azarkeşlərini, həm də bütün ölkəni sevindirməkdir".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

“Roma” Dibala və Molinanı Messi vida oyununa dəvət etmədi

Futbol
Bu gün, 04:17

“Atletiko Madrid”də milli komandaların məcburiyyətləri səbəbindən heyət çatışmazlığı

Futbol
Bu gün, 00:57

Skaloni Messi çıxışından sonra Argentina milli komandası oyun tərzini açıqladı

Futbol
Dünən, 23:29

Rikardo Martins Qimaraeş Afrika Millətlər Kubokunun seçmə mərhələsində Sudan qarşısında qol vurdu

Futbol
Dünən, 22:25

"Zirə"nin yarımmüdafiəçisi Mozambik millisi ilə Sudanı 4-1 məğlub etdi və qol vurdu

Futbol
Dünən, 21:01

Tomas Müller Vancouver Whitecaps ilə müqaviləsini 2027-ci ilin sonuna qədər uzadı

Futbol
Dünən, 19:49

Rafinya Avstraliya ilə oyunda zədələndi, Ançelotti açıqlama vermədi

Basketbol
Dünən, 18:40

“Sumqayıt” Basketbol Klubuna yeni transfer – Aleks Holt qoşuldu

Futbol
Dünən, 16:10

“Sabah” klubunun UEFA Çempionlar Liqası ev oyunları üçün fərdi biletlərin satışı başlayır

Futbol
Dünən, 10:55

Röyal Nəcəfov “Xankəndi” komandasının baş məşqçisi təyin olundu

Voleybol
Dünən, 10:43

Azərbaycanın qızlar voleybol milli komandası Gökhan Edmana təyin edildi

Futbol
Dünən, 08:19

Harry Kane’in Qızıl Topu qazanma ehtimalı 58% ilə artıb

Futbol
Dünən, 07:34

Jezuş, Ronaldonun oyun vaxtına dair razılaşmanı pozdu

Futbol
Dünən, 05:18

Totti 2006-cı il Dünya Çempionatındakı rolunu və karyerasına təsirini izah etdi

Futbol
Dünən, 02:15

Fransa millisinin baş məşqçisi Zidan, Olisenin qələbə qolunu “qol vuracağını düşündüm” deyə açıqladı

Futbol
Dünən, 01:52

Mançini Türkiyəyə qarşı 4:1 qələbəni və Fransa ilə görüşü şərh etdi

Qarabağ FK
28 sentyabr 2026, 23:55

Marko Yankoviçin çıxış etdiyi Monteneqro millisi Ermənistanı 3:2 məğlub etdi

Futbol
28 sentyabr 2026, 23:25

Etan Mbappeni UEFA Çempionlar Liqasında 3 oyunla diskvalifikasiya etdi

Voleybol
28 sentyabr 2026, 22:56

Asiyat Abuyevanın Murov Az Terminal klubuna transferi

Futbol
28 sentyabr 2026, 22:37

PSJ, Alexandro Balde'yi kirayə götürüb, sonradan almayı planlayır

Futbol
28 sentyabr 2026, 22:23

Vinçenso Montella İtaliya qarşısında topa daha çox nəzarət etməyi planlaşdırır

Futbol
28 sentyabr 2026, 18:13

Mirbağır İsayev: “Litva ilə oyunumuz qələbəyə layiq idi”

Basketbol
28 sentyabr 2026, 17:40

“Sumqayıt” basketbol komandası Hüseyn Əsgərli ilə bir illik müqavilə imzaladı

Futbol
28 sentyabr 2026, 16:15

Azərbaycan U-17 qızlar futbol komandası Avropa çempionatının seçmə mərhələsində 0:16 ilə məğlub oldu

Oxşar xəbərlər