top
Qara Qarayev: Bu barədə çox danışılır İdman.biz
30 noyabr 2024, 16:37
- ↺ +

Qara Qarayev: "Bu barədə çox danışılır"

"Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Qara Qarayev Futbolxeber.az saytına müsahibə verib.

İdman.biz xəbər verir ki, təcürbəli futbolçu yeni komandasına uyğunlaşdığını bildirib.

- Azərbaycan Premyer Liqasının XV turunda "Turan Tovuz"u 1:0 hesabı ilə məğlub etdiniz. Qələbəni necə şərh edərdiniz?

- Oyun çətin keçdi. Ağır komandaya qarşı oynayırdıq. Buna baxmayaraq, qalib gəldik. Bizim üçün önəmli o idi.

- Bu qələbə sayəsində üçüncü pillədən artıq 9 xal öndəsiniz...

- Komanda olaraq xal fərqini fikirləşmirik. Sadəcə hər oyuna qələbə üçün çıxırıq. Bu, bizim motivasiyamızdır. Onu pozmamalıyıq. Komanda olaraq ən böyük üstünlüyümüz də xalları, fərqi fikirləşməməyimizdir. Yalnız hər növbəti matçı düşünürük.

- Qarşıdakı həftə həm kubok, həm də çempionat oyunu var. Fiziki baxımdan çətin olmayacaq?

- Hazırlaşacağıq. Kubok matçında ola bilər ki, heyətdə rotasiya olsun. Amma biz hər iki turnirə ciddi yanaşırıq. Rəqibin fərqi yoxdur. Kubokda rəqibimiz I Liqa təmsilçisi "Mingəçevir" olsa da, motivasiyamızı pozmayaraq, qalib ruhunu davam etdirməliyik.

- "Turan Tovuz"u məğlub etməklə həm də qış fasiləsinə minimum ikinci yerdə yollanmağı təmin etdiniz. Bu məqam komandada arxayınçılıq yaratmayacaq?

- Xal fərqi, ikinci yerdə, yaxud lider olmağımız barədə çox danışılır. Bu, diqqətimizi, motivasiyamızı poza bilər. Odur ki, turnir cədvəlinə, xal fərqinə fikir verməməliyik və fikir vermirik də.

- Artıq ardıcıl 4 oyundur start heyətində yer alırsınız. Demək olar ki, yeni komandaya artıq tam uyğunlaşmasınız?

- Uyğunlaşmaq prosesi həqiqətən də çox sürətli keçdi. Bundan baş məşqçimizin mənə olan güvəni böyük rol oynadı. Bilirəm ki, hazırda müəyyən çatışmayan cəhətlərim var. Onları da tezliklə aradan qaldırmalıyam. Xüsusən də fiziki durumumu yaxşılaşdırmalıyam.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Qarabağ FK
Dünən, 22:21

Azər Məmmədov: Qarabağ oyunu üçün də üç xal görürəm

Qarabağ FK
Dünən, 22:15

Aleksey Kaşuk: Ukrayna Milli Komandanı çağırışı – həyatımın arzuladığı an

Qarabağ FK
Dünən, 22:06

Mourinyo Vinisiusa əzab etdi: Güclü futbolçuların da bad günü olur

Voleybol
Dünən, 21:56

Azərbaycan Qadın Voleybol Super Liqası 2026/2027 mövsümünün açılış matçları

Qarabağ FK
Dünən, 21:55

Bədavi, Qurbanlı və Şahruddin Məhəmmədəliyev Azərbaycan Milli Komandasına dəvət edildi

Qarabağ FK
Dünən, 21:55

Qarabağın 7 futbolçusu milli yığmalara çağırıldı

Olimpiada
Dünən, 21:43

Badmintonçu Ülvi Hüseynov: Heç Vaxt Heçnə İmkansız Değildir - Video

Boks
Dünən, 21:34

Azərbaycan kikboksçuları Avropa çempionatı üçün Şimali Makedoniyaya yola düşdü

Futbol
Dünən, 21:27

Cennaro Qattuzo oktyabr ayının İtaliya Seriyası ən yaxşı məşqçisi seçildi

Futbol
Dünən, 21:26

Manchester Unitedda Carlos Balebanın ciddi zədəsi

Futbol
Dünən, 20:57

Neftçi-2 Turan Tovuz-2'ı 4:1-dən məğlub etdi

Qarabağ FK
Dünən, 20:50

Qurban Qurbanov: “Yeni futbolçular artıq özlərinə gəlməyə başlayırlar”

Oxşar xəbərlər