top
Qara Qarayev Omoniya ilə oyundan sonra: Məğlubiyyətlə qala bilmərik, belə edəcəyiksə, başqa peşə seçməliyik Sport24.az
08 avqust 2025, 09:00
- ↺ +

Qara Qarayev "Omoniya" ilə oyundan sonra: Məğlubiyyətlə qala bilmərik, belə edəcəyiksə, başqa peşə seçməliyik

"Araz-Naxçıvan"ın futbolçusu Qara Qarayev Bakıda Kipr təmsilçisi "Omoniya"ya 0:4 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Sport24.az-ın məlumatına görə, təcrübəli yarımmüdafiəçi ilk olaraq matç haqqında fikirlərini bölüşüb:

- Oyunun çətin olacağını bilirdik. Yaxşı komandaya qarşı mübarizə aparırdıq. Amma nələrisə dəyişmək istəyirdik. Amma təəssüf ki, edə bilmədik. Düşünürəm ki, son illərdə Azərbaycan təmsilçilərinə düşən ən yaxşı klublardan birinə qarşı oynadıq.

- Daha əvvəl "Omoniya"ya qarşı oynamısınız. Hər iki kollektiv arasındakı fərqləri deyə bilərsinizmi?
- ⁠Mətbuat konfransında da bu haqda danışmışdım. Məncə, çox fərq var. Bunu görürəm. Öz fəlsəfələri, oyunçularının keyfiyyəti çox dəyişib. Düşünürəm ki, "Omoniya" əvvəlki illərlə müqayisədə daha təhlükəli və çox qol vura bilən komandadır.

- Bəziləri fikirləşir ki, komanda görüşün əvvəlində qorxaq oynadı. Sizcə necədir?
- ⁠Bilmirəm. İstər-istəməz bizim kimi komandalar bu cür matçlara daha ehtiyatlı başlamaq istəyir. Çünki "Araz-Naxçıvan"da rəqib qədər beynəlxalq təcrübə yoxdur. Yeni başlamışıq. Ona görə də qorxaq yox, ehtiyatlı başladıq.

- Səncə, səfərdəki oyunda geridönüş etmək ehtimalınız var?
- ⁠Bunun üçün şans hər zaman var. Futbolda hər şey mümkündür. Çətin olacağını da bilirik. Məğlub olmuşuq, amma mübarizə bitməyib. Çalışacağıq ki, səfərdə özümüzə layiqli şəkildə mübarizə aparaq. Amma nəticə barədə hər hansı fikir deyə bilmərəm.

- "Araz-Naxçıvan"ın bugünkü oyunu sizi qane etdimi?
- ⁠Bizim komandada keyfiyyətli oyunçular çoxdur. Sadəcə, bizə müəyyən vaxt lazımdır. Buna baxmayaraq ilk turda "Aris"i mübarizədən kənarlaşdıra bildik. Daha yaxşı kollektiv qurmaq üçün vaxta ehtiyacımız var. Çox da pis deyilik. Uğur qazanmaq istəyiriksə, hamı əlindən gələnin ən yaxşısını etməyə çalışmalıdır.

- Komandanın ən təcrübəli futbolçususan. Səncə, kollektiviniz psixoloji və fiziki yorğunluğu üzərindən ata biləcək?
- ⁠Biz o gücə malikik. Bu təzyiqi ata bilərik. Amma bir şeyi də unutmaq lazım deyil. Yunanıstan səfərində son 45 dəqiqəni 10 nəfərlə oynamışdıq. Bu da yorğunluq deməkdir. Məncə, psixoloji cəhətdən daha yaxşı ola bilərik və dəyişmək üçün gücümüz var.

- Səncə, bu gün İqor Ribeyronun yoxluğu hiss olundu?
- ⁠O, komandamızın əsas müdafiəçilərindən biridir. Digərləri ilə müqayisə etmək istəmirəm. Amma onun haqqında xoş sözlər deyə bilərəm. Çempionatımızın ən yaxşı müdafiəçilərindən biridir. Onun olmaması komanda üçün itkidir.

- Belə hesabla məğlubiyyəti beynəlxalq arenadakı təcrübəsizliklə əlaqələndirmək olarmı?
- ⁠Təcrübəsizlik, yorğunluq və yaxud ani diqqətsizlik. Çox detallar sadalamaq olar. Hər halda bu gün uduzmuşuqsa, üzərində dayanıb səbəblər axtarmağa gərək yoxdur. Bu, sensasiyalı nəticə deyil. Futbolda ola bilən nəticədir. Bu gün də biz yaşadıq. Düşünürəm ki, "Araz-Naxçıvan" olaraq daxili və beynəlxalq arenada qələbələrimiz olacaq.

- 4:0 hesablı məğlubiyyətdən sonra geridönüş etmək çətindir. Kiprdən qayıdandan sonra "Zirə" ilə üz-üzə gələcəksiniz. Hansı matça daha çox köklənməyi düşünürsünüz?
- ⁠Məncə, peşəkarıqsa, hər cəbhəyə eyni diqqət ayırmalıyıq. Birini axsatsaq, hər iki tərəfdə problemimiz ola bilər. Əsas məsələ bugünkü matçı unutmaqdır. Cavab qarşılaşmasına hazırlaşmalıyıq. Məğlubiyyətlə qala bilmərik. Belə edəcəyiksə, başqa peşə seçməliyik. Dərhal unudub növbəti qarşılaşmalara hazırlaşmalıyıq.

- Azarkeşlərə müraciətiniz varmı?
- ⁠Ruhdan düşməsinlər. Bu komanda yeni qurulub. Biz də istəkliyik, azarkeşləri sevindirmək niyyətindəyik. Düşünürəm ki, biz klublarımızı qələbələrinə görə sevməməliyik. Belə olsa, daha çox azarkeş kütləsi görəcəyik. Ruhdan düşməsinlər. Futbol davam edir. Növbəti qələbələrimizlə onları sevindirəcəyik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:14

Raul Qonsales İspaniyanın "Real Oviedo" klubunun baş məşqçisi təyin olundu

Futbol
Bu gün, 16:59

“Sabah”ın özbəkistanlı yarımmüdafiəçisi Umarali Raxmonaliyev ailə həyatı qurub

Futbol
Bu gün, 16:56

Beşiktaş, Argentina orta sahili Rodriqo De Paul üçün görüş edir

Olimpiada
Bu gün, 16:44

Rostislav Pevtsov üç Olimpiada xatirələrini paylaşdı

Futbol
Bu gün, 16:30

Real Madridin Valensiya üzərindəki matçı Bellinqem və Rüdigerin təhlükəsizlik əməkdaşlarına hücumu iddiaları ilə qalmalı başa çatdı

Futbol
Bu gün, 16:26

Manchester United turnir cədvəlində mövqeyini artırmalı

Basketbol
Bu gün, 16:23

LeBron Ceymsinin 2004-cü il ABŞ milli oyununda geyindiyi forma 722,000 dollara satıldı;

Qarabağ FK
Bu gün, 16:23

İncəsənət mütəxəssisi Aslan Kərimov: “Qarabağ”ın gözlənilməz xal itkiləri və turnir cədvəlinin ümumi təhlili

Qarabağ FK
Bu gün, 16:00

Coşqun Diniyev yeni klub tapmır, karyerası sonlanacaq

Futbol
Bu gün, 15:54

Babək Quliyev UEFA-dan 2027-ci il U-17 Avropa çempionatında hakim‑inspektor təyinatı alıb;

Futbol
Bu gün, 15:41

Matvey Safonovun baqajı Moskvada itir

Futbol
Bu gün, 15:27

Barselona La Liqada ilk 12 turda 48 qolla ən məhsuldar ikinci startı qeydə alıb

Futbol
Bu gün, 15:25

Mesut Ozil FIFA-nı ikiüzlü standartlardan ittiham edib, qara siyahıya alındı

Futbol
Bu gün, 15:20

Lamine Yamal diz əksinə də təəssüflə Çexiyaya qarşı oyuna çıxmayacaq

Futbol
Bu gün, 15:10

Manchester United 40 ildən sonra yenidən düşmə zonasına düşdü

Futbol
Bu gün, 14:58

Mançester Siti və Barselona, Yuventusun müdafiəçisi Andrea Kambyazonun peşəkar keçidində

Digər
Bu gün, 14:54

Real Madrid Iker Kasilyasın oğullarını akademiyadan çıxardı

Futbol
Bu gün, 14:34

Zirə vs Qəbələ maçı: 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş aksiya

Digər
Bu gün, 14:27

UEFA Fransa Futbol Federasiyasını 10 min avro cərimələyib;

Futbol
Bu gün, 14:19

“Kristal Palas”ın baş məşqçisinin işdən çıxması gözlənilir

Futbol
Bu gün, 14:00

“Sabah” klubunun rəhbəri Ramin Həsənov “TransferRoom” mükafatının “İlin rəhbəri” namizədləri arasında!

Futbol
Bu gün, 13:47

Şirvan – Marafon oyunu yağış səbəbindən təxirə salına bilər

Formula 1
Bu gün, 13:33

Liam Louson Racing Bulls müqaviləsini uzatacaq və Braziliya Grand Prix-də 8-ci mövqeyə nail oldu

Olimpiada
Bu gün, 13:29

Dakar'da Azərbaycançılar iki qızıl medal qazanıb

Oxşar xəbərlər