top
Qara Qarayev: Bu qələbə bizə önəmli ruh verəcək Idman.biz
11 noyabr 2025, 14:43
- ↺ +

Qara Qarayev: Bu qələbə bizə önəmli ruh verəcək

"Birinci hissədə hücumları dəyərləndirə bilmədik. İkinci 45 dəqiqədə də çətin idi".

Bunu "Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Qara Qarayev futbolxeber.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- "Araz-Naxçıvan" Zəfər turunu qələbə ilə başa vurdu.

- İlk öncə Ali Baş Komandanımıza təşəkkür edirəm. Həmçinin millətimə təşəkkür edirəm ki, Zəfər üçün əlimizdən gələni etdik. Bu Zəfərdə iştirak edən, əməyi olan hər kəsə minnətdaram. Şəhidlərimizə Allah rəhmət eləsin. Qəlbimiz iki yerə bölünüb. Bir yandan Zəfərimizin 5 illiyini qeyd edirik, sevinirik. Digər tərəfdən isə şəhid ailələri var. Qazilərin, şəhidlərin sayəsində torpaqlarımıza geri qayıtdıq. Bu zəfər şəhidlərimizin qanı ilə yazıldı. Millətimizə qalibiyyət çox yaraşır.

- "Karvan-Yevlax" üzərində qazanılan əzmkar qələbəni necə şərh edərdiniz?

- Birinci hissədə hücumları dəyərləndirə bilmədik. İkinci 45 dəqiqədə də çətin idi. "Karvan-Yevlax" çox qapalı oynayır. Bu komandaya qarşı qol epizodu yaratmaq çətindir. Bununla belə, komandamız əzmkarlıq nümayiş etdirdi, geridönüş sayəsində 3 xal qazandıq. Oyun haqda pozitiv və neqativ danışmaq olar. Müsbət məqam odur ki, oyundan qopmaq istəmirdik, daim sürətli hücumlara can atırdıq. Mənfi məqam isə odur ki, matçda cəmi 15-20 dəqiqə temp olurdu. İmkan vermirdilər oyuna. Bütün çətinliklərə baxmayaraq, yekunda istəyimizə çatdıq. Bu qələbə bizə önəmli ruh verəcək.

- Elmar Baxşıyev meydana bir qədər fərqli heyət buraxmışdı...

- Bu, baş məşqçinin qərarıdır. Bu haqda nəsə deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, kim meydana çıxırsa, fərq etmir, komandanın qələbəsi üçün əlindən gələni edir.

- Son turlar "Araz-Naxçıvan" sanki bir qədər qeyri-stabil görünür. Bu məqam mövsümün sonunda hədəfə çatmağa mane olmayacaq?

- Hədəflə bağlı vəd vermək bir qədər çətindir. Rəhbərlik və məşqçi heyəti yaxşı hədəflər üçün çalışır. Deməzdim son turlar qeyri-stabilik, sadəcə bir qədər şanssızlıq yaşayırıq. İstər "Sumqayıt", istər "Sabah", istərsə də "Neftçi" ilə matçlarda. "Sabah" və "Neftçi" ilə görüşlərdə qələbə yaxın olsaq da, yekunda heç-heçə ilə kifayətləndik. "Sumqayıt"la matçda isə geridönüş edib hesabda önə keçsək də, yekunda xalsız qaldıq. Artıq komanda oyanıb. Düşünmürəm ki, "Araz-Naxçıvan"ın vəziyyəti pisdir. Son oyunlardakı şanssızlığı artıq geridə qoymuşuq. İnanıram ki, bundan sonra yaxşı nəticələrimiz olacaq.

- Hazırkı durumu nəzərə alsaq, çempionatdakı fasilənin "Araz-Naxçıvan"a müsbət təsir edəcəyini söyləmək olar?

- Ümumi olaraq bizim komandaya ciddi təsir edəcəyini düşünmürəm. Çünki bizdən milliyə çox az futbolçu dəvət alır, yaxud ümumiyyətlə heç kim dəvət olunmur. Oyun ritmindən uzaqlaşmaq baxımından isə fasilənin müəyyən təsirinin olacağı şübhəsizdir.

- Millidən söz düşmüşkən, qarşıdakı matçlardan gözləntiləriniz nədir? Heç olmasa İslandiyadan xal almaq şansımız var?

- Bu, heç də asan olmayacaq. Düşünürəm ki, İslandiya ilə matç Fransa ilə görüşdən daha çətin olacaq. İslandiya yığması gördüyüm ən yaxşı komandalardan biridir. Biz olduğumuz dönəmdə də milli keyfiyyətlə üstünük əldə etmirdi. Nə qazanırdıqsa, mübariz oyunla, xarakterlə qazanırdıq. Bu dəfə də millimiz xarakter ortaya bilsə, iki oyundan birində yaxş nəticə qazana bilərik. Qəlbimizdəki istəyimiz isə hər iki oyunda qələbədir.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:26

Çempionlar Liqasında "Sabah"ın rəqibi olan "Vikinq"in iki bərabərhüquqlu baş məşqçisi diqqət çəkir

Futbol
Bu gün, 12:18

Şamaxı və Turan Tovuz meydanaya kənar şəxslərin daxil olması səbəbindən cərimələndi;

Qarabağ FK
Bu gün, 12:17

"Qarabağ" klubu 3000 manat pirotehnika, 1500 manat ad yazımı üçün cərimələnib

Qarabağ FK
Bu gün, 12:17

«Qarabağ»ın sabiq qapıçısı Koxalski Polşa Ekstraklasasının 13-cü turunun rəmzi heyətində

Futbol
Bu gün, 12:01

Arif Əsədov "Sabah"ın Viking üzərində səfərdə xal qazanacaacağını əminliklə bildirir

Digər
Bu gün, 12:00

Liverpul

Futbol
Bu gün, 12:00

Kəpəz futbolçuları Şəfa üzərində qələbəyə görə 1300 manat mükafat alıb

Futbol
Bu gün, 11:50

Azərbaycan Premyer Liqasında "Neftçi" – "Kəpəz" matçının biletləri 2 manatdan satışa çıxarıldı

Basketbol
Bu gün, 11:50

Dreymond Qrin NBA matcında rəqiblərlə münaqişəyə girərək meydandan qovuldu

Futbol
Bu gün, 11:42

Mbappe, TCuameninin azarkeşin başına çarpan sövqünü təsdiqlədirdi: 'O, səhv atır!'

Futbol
Bu gün, 11:41

Onana Türkiyə Super Liqasında ən yaxşı qapıçıdır

Futbol
Bu gün, 11:40

Mançester Yunayted azarkeşi olan model Maykl Kerrikin uğursuzluğuna qarşı sosial mediada növbəti aksiyaya başlayıb

Futbol
Bu gün, 11:38

Mahir Əmreli "Rakuvin" məhsuldar ötürməsi ilə qələbasına töhfə verdi

Futbol
Bu gün, 11:34

Patrik Dorq "Mançester Yunayted"də ümumi qrupda məşqləri bərpa etdi, "Roma"ya qarşı matça çıxmayacaq

Futbol
Bu gün, 11:21

Norveçin keçmiş qapıçısı Erik Torsvett: “Sabah” izləməkdən zövq alıram

Futbol
Bu gün, 11:14

Liverpulun hücumçusu Uqo Ekitike 750 min avro dəyərində unikal Lamborghini Revuelto sənədxən

Digər
Bu gün, 11:12

Snuker üzrə Azərbaycan çempionatını Qubatov qazandı;

Voleybol
Bu gün, 11:03

Cəlil Cəlilov: UEFA Çempionlar Liqasında “Sportinq”ə qarşı yaxşı nəticə gözləyirik

Qarabağ FK
Bu gün, 11:00

“Sabah”ın ilk məğlubiyyəti Tovuzda, “Neftçi” zirvəyə çıxdı, “Qarabağ” Qəbələdə xal itirdi

Digər
Bu gün, 10:48

Orxan Qubatov birinci, Rzayev ikinci: Azərbaycan snuker çempionatının qalibləri açıqlanıb

Futbol
Bu gün, 10:41

Araz-Naxçıvan 40 nöqtə ilə heç-heçə etmədən çempionatda birinci oldu;

Formula 1
Bu gün, 10:38

Şarl Lekler, Mexico Grand Prix-də Lewis Hamiltonla mübahisəli insidentə açıqlama verib

Qarabağ FK
Bu gün, 10:30

Qarabağ 11 ildən sonra Premyer Liqada ardıcıl üç oyunda heç‑heçə etdi

Futbol
Bu gün, 10:25

İkinci Liqa 9-cu turda bugün üç oyun baş tutacaq

Oxşar xəbərlər