top
Qalatasaray Yuventusla səfərdəki oyunda üstünlüyünü qorumağa çalışacaq Idman.biz
25 fevral 2026, 10:32
- ↺ +

"Qalatasaray" "Yuventus"la səfərdəki oyunda üstünlüyünü qorumağa çalışacaq

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində bu axşam Azərbaycan futbol azarkeşlərinin diqqəti xüsusi olaraq Turindəki "Alyans" stadionuna dikiləcək. Türkiyə təmsilçisi "Qalatasaray" İtaliya nəhəngi "Yuventus"un qonağı olacaq. İstanbuldakı ilk görüşdə əldə edilən gözlənilməz və sarsıdıcı 5-2 hesablı qələbə "Sarı-qırmızılılar" üçün növbəti mərhələnin qapısını axıra qədər açıb. Bu möhtəşəm üstünlük Okan Burukun yetirmələrinə İtaliyada daha rahat və strateji oyun qurmaq imkanı yaradır.

Hazırkı mənzərə tamamilə Türkiyə klubunun xeyrinədir. "Qalatasaray" İtaliyada iki topluq məğlubiyyət yaşasa belə, ümumi hesabda üstünlüyünü qoruyaraq adını növbəti mərhələyə yazdıra biləcək. Komandanın hücum xəttindəki effektivliyi, xüsusilə Viktor Osimhen və Noa Lanqın parlaq forması rəqib müdafiəçilər üçün ciddi kabus vəd edir. "Sarı-qırmızılılar" daxili çempionatda son turda "Konyaspor"a uduzaraq azarkeşlərini məyus etsələr də, Avropa arenasında tamamilə fərqli, daha aqressiv və motivasiyalı futbol nümayiş etdirirlər. Heyətdəki təcrübəli simaların bu cür kritik məqamlarda soyuqqanlığını qoruması komandanın ən böyük silahıdır.

"Yuventus" düşərgəsində isə vəziyyət getdikcə daha da gərginləşir. Komandada zədəli və cəzalı oyunçular var. Dusan Vlahoviç komandanın əsas hücumçusudur, amma adduktor zədəsi (budun daxili əzələsinin zədəsi) səbəbindən uzun müddətdir sıradan çıxıb və onun martın əvvəlindən tez qayıtması gözlənilmir. Arkadiuş Milik də baldır zədəsi səbəbindən Turin klubuna kömək edə bilməyəcək. Xuan Kabal və Andrea Kambiaso ilk oyunda qırmızı və sarı kart alaraq cəzalı duruma düşdükləri üçün cavab matçını kənardan izləyəcəklər. Qleyson Bremer isə bud nahiyəsindən zədəsi olsa da, son məlumatlara görə, rəhbərlik və tibbi heyət onu bu kritik oyun üçün heyətə daxil etməyə çalışır. Kənan Yıldızın isə əzələ problemi üzündən iştirakı hələ də sual altındadır. Qeyd edək ki, ötən oyundakı məğlubiyyətin baiskarlarından biri kimi İtaliya mediası məhz türk hücumçunu göstərmişdilər.

Qısası, Turin təmsilçisi dərin böhranın içindədir və bu, həm oyun üslubunda, həm də nəticələrdə özünü büruzə verir. İstanbuldakı darmadağından sonra İtaliya A Seriyasında evdə "Komo"ya da məğlub olan (0:2) "Qoca Sinyora" son beş rəsmi matçda bir heç-heçə və iki məğlubiyyətə razılaşıb. Dusan Vlahoviçin qol yollarında susqunluğu və müdafiə xəttindəki koordinasiya çatışmazlığı baş məşqçinin planlarını alt-üst edir. Azarkeşləri önündə möcüzə reallaşdırmaq istəyən italyanlar ilk dəqiqələrdən böyük risklər alaraq irəli atılmağa, erkən qol tapmağa məcburdurlar.

Lakin məhz bu məcburi hücum planı "Qalatasaray"ın əl-qolunu açır. Rəqibin arxada buraxacağı geniş boşluqlar İstanbul təmsilçisinin sürətli əks-hücumları üçün ideal şərait yaradır. Orta sahədəki pressinq və keçid oyunundakı sürət sayəsində türklər Turində nəinki müdafiə olunmaq, həm də rəqibi əks-hücumlarda cəzalandırmaq niyyətində olacaqlar. İntizamlı oyun və taktiki hazırlıq fonunda "Qalatasaray"ın bu çətin sınaqdan alnıaçıq çıxaraq Avropada yoluna davam etməsi ən real ssenari hesab olunur.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Dünən, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Güləş
Dünən, 21:54

Elgün Kərimli Dakar-2026 Yay Olimpiya Oyunları çimərlik güləşində qızıl medal qazandı;

Oxşar xəbərlər