top
Qalatasaray - Yuventus: İstanbulda Çempionlar Liqası Cəhənnəmi Idman.biz
17 fevral 2026, 12:53
- ↺ +

"Qalatasaray" - "Yuventus": İstanbulda Çempionlar Liqası "Cəhənnəm"i

UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu axşam bütün diqqətlər İstanbula yönələcək.

İdman.Biz xəbər verir ki, Türkiyə çempionu "Qalatasaray" öz meydanında İtaliyanın ən köklü klublarından olan "Yuventus"u qəbul edir. "RAMS Park" stadionunda keçiriləcək gərgin qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

"Qalatasaray" və "Yuventus"un Avropa arenalarındakı qarşıdurmaları hər zaman dramatik məqamlarla yadda qalıb. İtaliya təmsilçisi indiyə qədər Çempionlar Liqası çərçivəsində İstanbulda keçirilən heç bir oyunda qələbə qazana bilməyib – iki məğlubiyyət, bir heç-heçə.

Xüsusilə 2013-cü ildə qarlı havada Uesli Sneyderin vurduğu qolla "Qalatasaray"ın qazandığı 1:0 hesablı qələbə hələ də futbol dünyasının yaddaşındadır. Ümumilikdə keçirilən altı oyunda "sarı-qırmızılılar" iki dəfə qalib gəlib, üç oyun heç-heçə bitib, "Yuventus" isə yalnız bir dəfə sevinən tərəfi olub.

İstanbuldakı oyunların statistikası:

- 1998/99 mövsümü: "Qalatasaray" 1 - 1 "Yuventus"
- 2003/04 mövsümü: "Qalatasaray" 2 - 0 "Yuventus" (Hakan Şükürün dublu ilə)
- 2013/14 mövsümü: "Qalatasaray" 1 - 0 "Yuventus"

İstanbuldakı uğurlu statistikadan fərqli olaraq, "Qalatasaray" üçün Turin səfərləri hər zaman olduqca çətin keçib. "Yuventus"un doğma meydanında baş tutan matçlarda İtaliya təmsilçisi ciddi üstünlüyə malikdir və "Cim-Bom" hələ ki, Turindən üç xalla dönməyi bacarmayıb.

Turindəki oyunların statistikası:

- 1998/99 mövsümü: "Yuventus" 2 - 2 "Qalatasaray"
- 2003/04 mövsümü: "Yuventus" 2 - 1 "Qalatasaray"
- 2013/14 mövsümü: "Yuventus" 1 - 1 "Qalatasaray"

Amma statistik göstəricilər hər zaman özünü doğrultmur. Oyunun taleyini həll edən yaşıl meydandakı komandadır və bu axşam hər iki tərəf matça ciddi kadr itkiləri ilə çıxır. "Qalatasaray"da cəzalı olan Mario Lemina komandasına kömək edə bilməyəcək. Həmçinin zədəli olan qapıçı Enes Emre Büyük də heyətdə yer almayacaq. Maraqlıdır ki, ilk 11-liyə Mauro İkardi daxil edilməyib. UEFA-ya təqdim edilən 11-lik belədir: Uğurcan Çakır, Boey, Sançez, Abdülkerim Bardakçı, Eren Elmalı, Torreira, Sara, Sane, Yunus Akgün, Barış Alper Yılmaz, Osimhen.

İtaliya klubunda vəziyyət isə daha mürəkkəbdir. Luçiano Spalletti zədə səbəbindən əsas hücumçu Duşan Vlahoviç, həmçinin Arkadiuş Milik və Conatan Devidin xidmətindən yararlana bilməyəcək. Komandanın açıqladığı ilk 11-lik isə belədir: Di Qreqorio, Kalulu, Bremer, Kelli, Kambiaso, Makkenni, Lokatelli, Miretti, Fransisko Konseysao, Kenan Yıldız, Openda.

Gözlənilən qarşılaşma barədə İtaliya mediası da "Yuventus"un məhz bu zədəli oyunçular məsələsinə toxunaraq komandanın İstanbula "yaralı" səfər etdiyini bildirirlər. Həmçinin A Seriyasında "İnter"ə 2:3 hesablı məğlubiyyət də komandada mənəvi eniş yaradıb. "Qalatasaray"ın isə son dörd oyununun hamısında rəqib qapısından ən azı üç top keçirməsi xüsusi vurğulanıb.

İtalyanlar "Qalatasaray"ın baş məşqçisi Okan Burukdan oyun barədə fikirlərini öyrəniblər və "sarı qırmızılar"ın açıqlaması onlar üçün heç də ürəkaçan olmayıb. Düzdür, həmkarı Luçano Spallettinin proqnozlaşdırılması çətin bir mütəxəssis olduğunu söyləyib, amma stadionu azarkeşlərin "Cəhənnəm"ə çevirməsini də xatırladıb:

"Bəzən dördlü müdafiə ilə, bəzən üçlü ilə oynayır. "Yuventus""un ən güclü tərəfi hücumçularının gözlənilməzliyidir. Kenan Yıldız Türkiyədə çox yaxşı tanıdığımız bir fenomendir, Makkenni isə heç bir istinad nöqtəsi vermir. İllərlə davam edən daxili meydan uğurlarımızdan sonra Avropada da özümüzü göstərmək istəyirik. Azarkeşlərimiz Çempionlar Liqası gecələrində coşur və stadion sanki "Cəhənnəm"ə çevrilir. Onları sevindirmək məni xoşbəxt edir. Futbolçu olarkən də "Qalatasaray"la bir UEFA Kuboku və bir Avropa Super Kuboku qazanmışam".

Qeyd edək ki, görüşün baş hakimi niderlandlı Denni Makkeli olacaq. "Qalatasaray"ın bu oyundan sərfəli nəticə ilə ayrılması, fevralın 25-də Turində keçiriləcək cavab matçı öncəsi böyük üstünlük yarada bilər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:47

Şirvan – Marafon oyunu yağış səbəbindən təxirə salına bilər

Olimpiada
Bu gün, 13:29

Dakar'da Azərbaycançılar iki qızıl medal qazanıb

Futbol
Bu gün, 13:25

22 yaşlı portuqaliyalı vinger Karlos Forbes üçün yarış: "Arsenal", "Tottenhem", "Mançester Yunayted", "Roma" və "Fiorentina" maraqlıdır

Futbol
Bu gün, 13:07

Mahir Emreli Polşada 'Legiya' matçında yüksək performans göstərdi

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Oxşar xəbərlər