Türkiyə təmsilçisi "Qalatasaray" İtaliyanın "Napoli" klubunun hücumçusu Viktor Osimhenlə razılığa gəlib.
"Report" xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat verib.
Nigeriyalı hücumçu "sarı-qrımızılar"la 2030-cu ilə qədər müqavilə imzalayacaq və futbolçu hər mövsüm üçün 18 milyon avro qazanacaq.
Qeyd edək ki, sözləşmədə yer alan bəndə əsasən, Osimhen növbəti 2 il ərzində heç bir İtaliya klubuna transfer oluna bilməz.