"Qalatasaray"ın müdafiəçi Uilfried Sinqonun sağlamlıq vəziyyətinə aydınlıq gətirilib. Sport24.az xəbər verir ki, "Gənclərbirliyi" ilə keçirilən oyunun 40-cı dəqiqəsində zədələnərək oyunu yarımçıq tərk edən futbolçunun ilk müayinələrində ciddi problem aşkar edilib.
"Sabah" qəzetin müdafiəçinin 1-2 ay meydanlardan uzaq qalacağını yazıb.
Onunla yanaşı, Mario Lemina da qarşılaşmada zədələnərək oyundan çıxmışdı, lakin onun durumunun ciddi olmadığı qeyd olunub.