"Qalatasaray" rəhbərliyi UEFA Çempionlar Liqasının liqa mərhələsinin dördüncü turunda "Ştutqart"ın qapısından 2 top keçirən Aleksey Batrakovun müqaviləsindəki mühüm bir bəndi dərhal dəyişdirmək qərarına gəlib. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Emre Cingiler "X" sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin sözlərinə görə, "aslanlar"ın rəsmiləri rusiyalı futbolçunun müqaviləsindəki 55 milyon avroluq sərbəst qalma bəndini ya ləğv etməyə, ya da bu məbləği artırmağa çalışır.
Bildirilir ki, futbolçunun nümayəndələri danışıqlara başlamağa razılıq veriblər.
Qeyd edək ki, rusiyalı oyunçu bu mövsüm bütün turnirlərdə 12 matçda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.