"Milan"ın müdafiəçisi Strahinya Pavloviç karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Milan" serbiyalı futbolçunu transfer etmək istəyir.
Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
İstanbul nəhəngi Pavloviç üçün İtaliya klubu ilə ilkin danışıqlara başlayıb. A Seriyası təmsilçisi 24 yaşlı mərkəz müdafiəçisini 20 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.
Qeyd edək ki, "Milan" Strahinya Pavloviçi 2024-cü ilin yayında "Zalzburq"dan 18 milyon avroya transfer edib. Serbiya millisinin üzvü bu mövsüm komandanın heyətində meydana çıxdığı 12 rəsmi maatçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.