"Qalatasaray" "Tottenhem"in yarımmüdafiəçisi İv Bissumanı transfer etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi 28 yaşlı futbolçunu mövsümün sonunda heyətinə qatacaq.
O, mövsümün sonunda azad agent statusuna yiyələnəcək.
Bissuma "Tottenhem"də qalmaq niyyətində də deyil.
Malili futbolçu "Bamako", "Lill", "Brayton"da oynadıqdan sonra 2022-ci ildə "Tottenhem"ə keçmişdi.