Türkiyənin "Qalatasaray" klubu "Krasnodar"ın yarımmüdafiəçisi Eduard Spertsyana müqavilə təklif etməyə hazırlaşır.
Lent.az xəbər verir ki, "Qalatasaray"ın baş məşqçisi Okan Buruk 25 yaşlı erməni futbolçunu hücum yönümlü yarımmüdafiəçi kimi görür. Gözlənilir ki, klubun rəsmi təklifi 2026-cı ilin yanvarında irəli sürüləcək.
2025/26 mövsümündə Eduard Spertsyan bütün turnirlərdə 16 oyunda iştirak edərək 5 qol vurub və 10 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2026-cı il iyunun 30-dək qüvvədədir.
Transfermarkt portalının məlumatına görə, futbolçunun transfer dəyəri 25 milyon avro olaraq qiymətləndirilir.