"Qalatasaray" sabah UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Ayntraxt"la səfər matçına ciddi itki ilə çıxacaq. Sport24.az xəbər verir ki, "sarı-qırmızılılar" Viktor Osimheni Frankfurta aparmayıb. Buna səbəb nigeriyalı hücumçunun zədəsidir.
Həkimlər futbolçunun oynaya bilməyəcəyi qənaətinə gəliblər.
Qeyd edək ki, sabah keçiriləcək "Ayntraxt" - "Qalatasaray" matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.