Qadınlardan ibarət Azərbaycan millisi Qazaxıstan yığması ilə yoldaşlıq görüşləri keçirəcək
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Qazaxıstanda təlim-məşq toplanışında olacaq. Komandamız oktyabrın 24-də və 27-də Çimkənd şəhər stadionunda Qazaxıstan yığması ilə iki yoldaşlıq görüşü keçirəcək.