Fransa təmsilçisi PSJ yarımmüdafiəçisi Qabriel Moskardonu icarə əsasında Portuqaliyanın "Braqa" klubuna göndərib.
"Report" xəbər verir ki, bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı futbolçu 2025/2026 mövsümünü "Braqa"nın heyətində keçirəcək.
Qeyd edək ki, Moskardo PSJ-yə 2024-cü ildə "Korintians"dan (Braziliya) keçib. Həmin vaxtdan oyunçu parislilərin heyətində debüt etməyib və icarə əsasında Fransanın "Reyms" klubunda çıxış edib.