Fransa klubu PSJ müdafiəçisi Villian Paço ilə müqavilənin müddətini uzadacaq.
"Report" xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Futbolçunun yeni sözləşməsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub.
24 yaşlı ekvadorlu futbolçu 2024-cü ildən PSJ-də çıxış edir. Onun klubu ilə hazırkı müqaviləsi 2029-cu ilə qədərdir. Vilian Paço cari mövsüm parislilərin heyətində 12 oyuna çıxıb.