PSJ (Fransa) və "Sevilya" (İspaniya) klublarında çıxış etmiş Polşa millisinin sabiq futbolçusu Qjeqoj Krıxovyak karyerasını başa vurub.
"Report" xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, 35 yaşlı yarımmüdafiəçi "Sevilya"nın heyətində 2 dəfə UEFA Avropa Liqasının qalibi olub. O, həmçinin Rusiyada "Lokomotiv" (Moskva), "Krasnodar", İngiltərədə "Vest Bromviç", Fransada "Reyms" və "Nant" kollektivlərində forma geyinib.