PSJ yay transfer dönəmində üç futbolçusunu satmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, parislilərin "qara siyahısı"nda fransalı müdafiəçi Lukas Hernandes, koreyalı yarımmüdafiəçi Li Kanq İn və portuqaliyalı hücumçu Qonsalo Ramos yer alıb.
Paris təmsilçisi bu yolla "Bornmut"unun ukraynalı mərkəz müdafiəçisi İlya Zabarnonı transfer etmək üçün pul qazanmaq istəyir.
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Fransa nəhənginin Zabarnonun keçidi üçün rusiyalı qapıçı Matvey Safonovu da transferə çıxaracağı ilə bağlı xəbərlər yayılmışdı.