Fransanın PSJ klubu futbolçusu Senni Mayulunun müqaviləsinin müddətinin uzadılması üçün danışıqlara başlayıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin məşhur "Lequipe" nəşri məlumat yayıb.
Paris təmsilçisi 19 yaşlı yarımmüdafiəçini heyətdə saxlamaq niyyətindədir. Fransalı oyunçunun hazırkı sözləşməsi 2027-ci ilin yayınadək qüvvədədir.
Qeyd edək ki, Senni Mayulu cari mövsüm hər üç Çempionlar Liqası matçında start heyətində meydana çıxıb.