Fransanın PSJ klubu "Qalatasaray"ın rusiyalı futbolçusu Aleksey Batrakovu qış transfer pəncərəsində heyətinə qata bilər.
İdman.Biz "Sport.fr"ə istinadən xəbər verir ki, Paris təmsilçisi Xviça Kvaratsxeliyanın ciddi zədəsindən sonra hücum xəttini gücləndirmək imkanlarını nəzərdən keçirir.
Gürcüstanlı futbolçunun azı altı ay meydana çıxa bilməyəcəyi gözlənilir. Bu səbəbdən baş məşqçi Luis Enrike və idman direktoru Luis Kampos əvvəlcə planlaşdırmadıqları qış transferini gündəmə gətiriblər.
Batrakovun müqaviləsində sərbəstqalma məbləğinin təxminən 60 milyon avro olduğu bildirilir. Rusiyalı yarımmüdafiəçi PSJ-nin nəzərdən keçirdiyi bir neçə namizəddən biridir.
Hələlik tərəflər arasında razılaşma əldə olunmayıb və mümkün transfer barədə məlumat rəsmi təsdiqini tapmayıb.