PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi FİFA prezidenti olmağa iddialıdır. Sport24.az xəbər verir ki, qətərli iş adamı 2027-ci ildə FİFA-da keçiriləcək növbəti seçkilərdə namizədliyini irəli sürmək niyyətindədir.
Qeyd edək ki, Əl-Xelaifi 2011-ci ildən PSJ-nin sahibidir. Onun rəhbərlik etdiyi "Qatar Sports Investments" İspaniyanın "Malaqa" klubunu da almaqla bağlı danışıqlar aparır. Əl-Xəlaifi həmçinin Avropa Klub Assosiasiyasının (ECA) prezidenti və bu qurumun təmsilçisi kimi UEFA İcraiyyə Komitəsinin üzvüdür.