Fransa çempionatında 5-ci turun bir oyunu baş tutub.
İdman.biz xəbər verir ki, "Marsel" öz meydançasında 2024/25 mövsümünün ən yaxşı klubu seçilmiş PSJ-ni qəbul edib.
Eyni mövsümün ən yaxşı məşqçisi olan Luis Enrikenin yetirmələri bu oyunda özlərini yaxşı tərəfdən göstərə bilməyiblər.
Oyunda hesabı 5-ci dəqiqədə "Marsel"li Nayef Ager açıb - 1:0.
Paytaxt klubu mütçın qalan hissəsində qarşılaşmada dönüş yarada bilməyib və çempionatda ilk dəfə məğlubiyyətə uğrayıb.
Bununla da, PSJ cədvəldəki lider mövqeyini əldən verib. İndi cədvələ onlarla eyni (12) xal toplamış "Monako" başçılıq edir. "Marsel"in 9 xalı var.
İdman.biz