PSJ Bredli Barkolanın tam transfer haqqını vaxtından əvvəl ödəməklə "Lion"a dəstək jesti etmək qərarına gəlib. Sport24.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
Maliyyə problemləri və "Lion"u Liqa 2-yə göndərən sanksiya fonunda Paris klubu 22 yaşlı hücumçunun transfer haqqını vaxtından əvvəl ödəyib ki, bu da 45 milyon avro + bonuslar olaraq 5 milyon avro təşkil edib. Halbuki, tərəflər arasında əldə olunan razılığa əsasən, ödəniş hissə-hissə bir neçə il ərzində olmalıydı.
Qeyd edək ki, "Lion"un Liqa 1-də qalması məsələsi hələ də qeyri-müəyyəndi. Klub apellyasiya şikayətinin cavabını gözləyir.