Fransa Liqa 1-in 10-cu turunda PSJ doğma meydanda "Trua"nı 1:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, Parisdəki "Park de Prens" stadionunda keçirilən qarşılaşmanın taleyini bir qol həll edib.
39-cu dəqiqədə PSJ-nin ukraynalı müdafiəçisi İlya Zabarnı fərqlənərək komandasına qələbə qazandırıb.
Bu nəticədən sonra PSJ 10 oyunda topladığı 23 xalla Fransa çempionatının turnir cədvəlində liderliyini qoruyub. Səkkiz xalı olan "Trua" isə 16-cı pillədə qərarlaşıb.
Növbəti turda PSJ noyabrın 21-də səfərdə "Nitsa" ilə qarşılaşacaq. "Trua" isə noyabrın 20-də doğma meydanda "Havr"ı qəbul edəcək.
23:59
Fransa Liqa 1-in 10-cu turunda "Paris" səfərdə "Oser"i 1:0 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, "Abbe-Deşam" stadionunda keçirilən qarşılaşmanın taleyini Lassina Sinayokonun vurduğu yeganə qol həll edib.
Maraqlıdır ki, mali millisinin hücumçusu əvvəllər məhz "Oser"in formasını geyinib. Bu dəfə isə keçmiş komandasının qapısına yol taparaq Paris təmsilçisinə üç xal qazandırıb.
Bu qələbə sayəsində "Paris" 20 xalla turnir cədvəlində ikinci pilləyə yüksəlib, "Oser" isə 10 xalla 14-cü pillədə qərarlaşıb.