"Qızıl top"un təltifetmə mərasimində ilin ən yaxşı klubu müəyyənləşib. Sport24.az xəbər verir ki, mükafatın qalibi Fransanın PSJ klubu olub.
Paris təmsilçisi ötən mövsüm Çempionlar Liqası, Fransa çempionluğu, kuboku və Superkubokunu qazanıb.
Xatırladaq ki, ötən il bu mükafata Madrid "Real"ı layiq görülmüşdü.