PSJ futbolçusu Xavi Simonsu icarəyə verib. Sport24.az xəbər verir ki, Niderland millisinin təmsilçisi 2024/2025 mövsümünü icarə əsasında "Leyptsiq"də keçirəcək.
21 yaşlı hücumameyilli yarımmüdafiəçi ötən mövsüm də icarə əsasında Almaniya təmsilçisində oynayıb. O, 43 matçda iştirak etməklə 10 qol vurub, 15 qolun ötürməsini verib.