PSJ UEFA Çempionlar Liqasının tarixində ən qısa müddətdə dörd qol vuran komanda olub. Paris təmsilçisi bu nəticəyə cəmi 16 dəqiqə iki saniyəyə nail olub.
İdman.Biz xəbər verir ki, bu barədə "OptaJean" statistik platforması məlumat yayıb. Rekord Çempionlar Liqasının ümumi mərhələsinin dördüncü turunda "Vilyarreal"la səfər matçında qeydə alınıb.
Fransa klubunun ilk qolunu doqquzuncu dəqiqədə Joau Neveş vurub. 12-ci dəqiqədə Dezire Due fərqi artırıb, bir dəqiqə sonra Senni Mayulu hesabı 3:0-a çatdırıb. 17-ci dəqiqədə isə Fabian Ruis dördüncü qolu rəqib qapısından keçirib.
Beləliklə, PSJ Çempionlar Liqasında dörd qola ən tez çatan komanda kimi tarixə düşüb.
Paris təmsilçisi ilk hissəni 4:0 hesablı üstünlüklə başa vurub. Fasilədən sonra, 50-ci dəqiqədə Fabian Ruis növbəti dəfə fərqlənərək hesabı 5:0-a çatdırıb.