İspaniya prokurorluğu "Neqreyra işi"ndə şübhəli kimi "Barselona" klubunu məhkəməyə çağırıb.
İdman.Biz bildirir ki, hüquq-mühafizə orqanlarının tələbi ilə hakim həmçinin Kataloniya klubuna texniki hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya məxsus olan "Dasnil 95 SL" və "Nilsad SCP" ilə bağlanmış ilkin müqavilələri təhvil verməyi əmr edib.
AS-ın məlumatına görə, "blauqrana"nın vitse-prezidenti Elena Fort klub adından çıxış edəcək. Dinləmə yanvarın 27-də keçiriləcək.
Xatırladaq ki, 2023-cü ildə "Barselona" və onun rəhbərliyi rüşvətxorluqda ittiham olunub. 2025-ci ilin yayında İspaniyanın korrupsiyaya qarşı mübarizə orqanları ""Barselona""ın prezidenti Joan Laportanı və Kataloniya komandasının iki keçmiş məşqçisi Luis Enrike və Ernesto Valverdeni şahid qismində ifadə vermək üçün məhkəməyə çağırıb.