top
Prezident nümayəndəsi: Araz-Naxçıvan üçün stadion yenidən qurulacaq, yeni idman kompleksi inşa ediləcək Idman.biz
08 oktyabr 2025, 10:14
- ↺ +

Prezident nümayəndəsi: "Araz-Naxçıvan" üçün stadion yenidən qurulacaq, yeni idman kompleksi inşa ediləcək

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli "Araz-Naxçıvan" peşəkar futbol klubunun idmançı və məşqçi heyəti ilə görüşüb.

İdman.biz xəbər verir ki, bu barədə səlahiyyətli nümayəndəlik məlumat yayıb.

Nəcəfli komandanın son illər qazandığı nailiyyətlərin, göstərdiyi peşəkarlıq və əzmkarlığın muxtar respublikanın idman həyatında qürurverici səhifə açdığını bildirib.

"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirilən layihələr, eləcə də Naxçıvan şəhərinin yeni baş planı barədə məlumat verən səlahiyyətli nümayəndə qeyd edib ki, bir neçə il sonra Naxçıvan tamamilə dəyişəcək: "Təmsilçimizin ev oyunlarını doğma meydanda keçirməsi üçün mövcud stadionun yenidən qurulması, həmçinin yeni idman kompleksinin inşası nəzərdə tutulur. Yeni layihədə futbolçular üçün ən müasir idman infrastrukturunun, idmançı ailələri üçün isə yüksək yaşayış şəraitinin qurulması öz əksini tapacaq. Bu layihələr gerçəkləşdikdən sonra "Araz-Naxçıvan"ın hər bir oyunçusu komandamızın uğurları üçün doğma meydanda mübarizə aparacaq".

Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov futbolçularla səmimi görüşə və göstərilən dəstəyə görə minnətdarlıq edib, Naxçıvan futbolunun inkişafı uğrunda bundan sonra da səylə çalışacaqlarını bildirib.

Futbolçulardan Felipe Santos və Qara Qarayev görüşün heyətə yüksək ruh və motivasiya bəxş etdiyini vurğulayıblar. Komanda üzvləri qeyd ediblər ki, uzun illər ölkənin yüksək liqasından ayrı qalan Naxçıvan futbolu qısa zamanda böyük uğurlarla bu həsrətə son qoydu. Ev oyunlarının yerli azarkeşlərin qarşısında keçirilməsi komandanın inkişafı baxımından vacibdir. Futbolçular tezliklə bu problemin də aradan qaldırılacağına inamını ifadə edib, çoxsaylı azarkeşlərin qarşısında mübarizə aparmağı səbirsizliklə gözlədiklərini bildiriblər.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər