top
Premyer Liqanın ƏN YAXŞI ƏVƏZLƏYİCİLƏRİ Idman.biz
23 aprel 2025, 10:31
- ↺ +

Premyer Liqanın ƏN YAXŞI ƏVƏZLƏYİCİLƏRİ

Bir neçə gün əvvəl İFFHS Aleksander Sorlotun La Liqa tarixinə bir mövsümdə sonradan meydana çıxaraq ən çox qol vuran futbolçu olduğunu açıqlayıb.

İdman.biz Misli Premyer Liqasının cari mövsümündəki ən məhsuldar əvəzləyicilərlə bağlı araşdırma aparıb.

Çempionatın arxada qalan hissəsində keçirilən 31 turun 155 oyununda ümumilikdə 377 qol vurulub. Səkkiz avtoqolu nəzərə almasaq, rəqib qapılarından 369 top keçib.

Bu qollardan 58-i meydana sonradan daxil olanların hesabındadır. Bu, ümumi topların 15,7 faizidir.

Premyer Liqanın bütün klubları sonradan meydana daxil olanların qollarına sevinib. Bu göstəricidə aşkar lider var – "Qarabağ".

Qurban Qurbanovun meydana sonradan buraxdığı futbolçular nə az, nə çox 19 qol vurub. Bu, əvəzləyicilərin ümumi qollarının az qala 1/3 hissəsini təşkil edir. İkinci olan "Zirə" təxminən 3 qat geri qalır.

"Qarabağ" - 19
"Zirə" - 7
3-4. "Turan Tovuz" - 6
"Neftçi" – 6
5-6. "Araz-Naxçıvan" – 5
"Kəpəz" – 5
7-8. "Sabah" – 3
"Sumqayıt" - 3
9-10. "Şamaxı" – 2
"Səbail" - 2

Cari mövsümdə 45 futbolçu meydana sonradan daxil olaraq baş məşqçisinin qərarını doğruldub. "Qarabağ"ın 11 oyunçusu bu baxımdan fərqlənib. "Turan Tovuz"da 6 əvəzləyici rəqib qapısına yol tapıb.

"Qarabağ" – 11
"Turan Tovuz" - 6
3-4. "Kəpəz" – 5
"Neftçi" – 5
"Zirə" – 5
6-8. "Sumqayıt" - 3
"Araz-Naxçıvan" – 3
"Sabah" – 3
9-10. "Şamaxı" – 2
"Səbail" – 2

Mövsümün gedişində 7 futbolçu 2 və ya daha çox qolu komanda yoldaşını əvəzlədikdən sonra vurub. Çempionatın bombardiri Lendro Andrade bu göstəricidə də hamıdan öndədir.

"Qarabağ"ın kabo-verdeli yarımmüdafiəçisi 4 dəfə oyuna sonradan daxil olaraq fərqlənib. Onun komanda yoldaşları Aleksey Kaşukla Abdullah Zubir hərəyə 3, Redon Cica 2 dəfə bunu bacarıb.

"Zirə"nin qol ümidlərindən David Volkov və "Araz-Naxçıvan"lı Bernardo Dias da üç oyunda fərqlənib. Filip Ozobiç "Neftçi"dəki qollarından ikisini sonradan meydana çıxaraq vurub.

Leandro Andrade - 4
2-5. Abdullah Zubir - 3
Aleksey Kaşuk - 3
Bernardo Dias – 3
Davit Volkov – 3
6-7. Redon Cica - 2
Filip Ozobiç – 2

Qeyd edək ki, mövsümdə yalnız bir dəfə meydana sonradan çıxan oyunçu dubla imza atıb. Leandro Andrade fevralın 11-də "Səbail"lə ev oyununun 66-cı dəqiqəsində oyuna girib və 24 dəqiqəyə 2 qol vurub.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Futbol
Bu gün, 10:46

Poçettino Manchester Unitedə məşqçi kimi gəlməyə hazırdır

Futbol
Bu gün, 10:40

Zidane 19 ildən sonra ikinci divizion futbolçusunu milli yığmaya dəvət etdi

Futbol
Bu gün, 10:35

Xankəndi stadionunda yenidənqurma sonrası ilk rəsmi oyunun vaxtı açıqlandı

Futbol
Bu gün, 10:20

Leipzig, Nkunku üçün 'Milan'a təklif göndərdi

Basketbol
Bu gün, 10:16

Fransalı Viktor Vembanyama NBA tarixində 40 xal, 11 ribaund, 9 blok və 2 üçxallıqla unikal rekord yaratdı

Futbol
Bu gün, 10:09

Milan futbolçusu Yunus Musanın müqaviləni uzatmaq istəyir;

Voleybol
Bu gün, 10:01

Turan Voleybolçusunun Hərzə Gözəl Hərəkəti: Yuliya Kərimova Itə Hədiyyə Yedirdi

Qarabağ FK
Bu gün, 10:00

Marko Yanković Qarabağdan ayrıldı: Yarımmüdafiəçi yeni müqavilə üçün söhbətləri dayandırdı

Oxşar xəbərlər