AFFA İntizam Komitəsi "Neftçi", "Araz-Naxçıvan" və "Kəpəz" klublarını cərimələyib. Sport24.az xəbər verir ki, Premyer Liqanın XII turu çərçivəsində baş tutan matçda Naxçıvan təmsilçisi futbolçusu Turan Vəlizadənin ikinci sarı vərəqə alaraq meydandan qovulmasına görə 500 manat ziyana düşüb.
Vəlizadəyə isə bir oyunluq cəza verilib. Paytaxt klubunun azarkeşləri sözügedən qarşılaşmda meydana kənar əşyalar atdığına görə "Neftçi" də 800 manat cərimələnib.
"Kəpəz" isə "Səbail"i məğlub etdikləri (1:0) qarşılaşmada dörd futbolçusu sarı vərəqə alması səbəbindən 700 manat ziyana düşüb.