top
Premyer Liqamızda yay tendensiyası - TƏHLİL İdman.biz
10 iyul 2024, 12:15
- ↺ +

Premyer Liqamızda yay tendensiyası - TƏHLİL

Azərbaycanda yay transfer pəncərəsi davam edir.

İdman.biz xəbər verir ki, keçid dövrünün arxada qalan hissəsi bəzi məqamlarla diqqət çəkir.

Bunlardan biri legioner qapıçılarla bağlıdır. Qısa müddət ərzində xeyli sayda əcnəbi qolkiper Azərbaycandan gedib.

Təkcə dünən iki əlcək sahibi Premyer Liqamıza vida edib. Özü də bu addımı ölkənin iki ən köklü klubunun legionerləri atıb.

Luka Quqeşaşvili "Qarabağ"a, İvan Brkiç "Neftçi"yə vida edib. Gürcüstan millisinin qapıçısı "Panserraikos"a, xorvatiyalı isə "Motor"a keçməyə üstünlük verib.

Bəlkə də hər iki qapıçı Premyer Liqa klubunda "1 nömrə" olmadığından atıb. Brkiç yerini Rza Cəfərova uduzmağa başladığı üçün ötən çempionatda cəmi 13 matçda şans qazanıb. Luka isə yalnız 9 görüşdə forma geyinib.

Amma legioner qapıçıların vida tendensiyası daha tez başlayıb və təkcə bu cütlükdən ibarət deyil. "Qarabağ" digər əlcək sahibi Andrey Lunyovu da itirib. Komandasının "1 nömrə"si ötən mövsüm Premyer Liqada 19 dəfə şans qazanıb.

"Kəpəz" də əsas qolkiperini itirib. 24 matça çıxan İqor Rodriges Gəncə klubundan ayrılıb. Bir oyun keçirən və gününü ehtiyatda keçirən Samir Bukviç isə "Araz-Naxçıvan"a vida edib.

Milliləşənləri saymasaq, ötən çempionatın sonunda 8 legioner qapıçı olub. Beş legioner qapıçı Premyer Liqanı tərk edibsə, yalnız ikisi yenidən elitada mübarizə aparacaq. Bunlar "Zirə"li Tiaqo Silva və "Araz-Naxçıvan"lı Kristian Avramdır. Kristof Atanqanın oynadığı "Qəbələ" isə Premyer Liqanı tərk edib. Təbii ki, yeni legioner qapıçılar da gələcək. Amma onlar Tiaqo və Kristiandan fərqli debütant statusunda olacaq.

Qeyd edək ki, ötən mövsüm şans qazanan daha bir legioner qapıçı Vladislav Vasilyuçek hələ çempionatın gedişində "Kəpəz"dən ayrılıb.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 20:01

“Qarabağ” “Kəpəz” qarşılaşması üçün Azərsun Arena’da məşq başladı – FOTO/VİDEO

Futbol
Bu gün, 19:48

Bastian Assomo 21 dəqiqədə dörd qol vurdu

Futbol
Bu gün, 19:37

"Neftçi" 4 günlük istirahətdən sonra məşqlərə başladı və növbəti matçına hazırlaşır

Futbol
Bu gün, 19:31

Teddi Şerinqem “Mançester Yunayted”in baş məşqçisi Maykl Karrikinə tənqid etdi: Komanda nə edəcəyini bilmir

Futbol
Bu gün, 18:56

Bernaldan “Real Madrid”ə mesaj: “Avropanın ən yaxşı komandası Barcelona‑dır”

Futbol
Bu gün, 18:41

Ayxan Abbasovun Lixtenşteyn və Andorra oyunlarına hazırlıqda mətbuat konfranslarının vaxtı müəyyənləşdi

Futbol
Bu gün, 18:31

Kilian Mbappe, Fransa milli komandası İtaliya ilə qarşılaşmasını atlayacaq

Futbol
Bu gün, 18:28

Rəhim Həsənov 11-ci tur epizodlarına şərh verdi

Futbol
Bu gün, 18:26

Kerem Aktürkoğlu mövsüm sonunda Fənərbaxçadan ayrılaraq Avropaya qayıtmağı planlayır

Futbol
Bu gün, 18:16

22 yaşlı futbolçu Vanis Onsor məşq zamanı vəfat etdi

Futbol
Bu gün, 18:09

Öz futbolumuzu inkişaf etdirməliyik: Azərbaycan millisi Mərakeş deyil

Futbol
Bu gün, 18:00

Endrik Braziliya milli komandada oynamağın onun üçün ən böyük sevincidir

Qarabağ FK
Bu gün, 17:56

Veteran futbolçu Rüfət Quliyev: “Neftçi” bu mövsüm çempion olacaq

Qarabağ FK
Bu gün, 17:41

“Qarabağ” qış fasiləsində iki yeni transfer həyata keçirməyi hədəfləyir

Basketbol
Bu gün, 17:36

İoannis Diamantakos: Gənc qadın basketbol komandamız üçün əsas məqsəd təcrübə toplamaqdır

Digər
Bu gün, 17:31

Fransa klubunun futbolçusu Vanis Onsor məşq zamanı vəfat edib

Cüdo
Bu gün, 17:30

Eşitmə məhdudiyyətli idmançılar üçün cüdo Avropa çempionatı Azərbaycanda keçirilməsi qürurvericidir

Futbol
Bu gün, 17:26

Sabiq baş məşqçi Ədəhim Niftəliyev “Mingəçevir”in maliyyə böhranına baxmayaraq fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib

Futbol
Bu gün, 17:23

Azərbaycan İkinci Liqasının 11-ci tur təqvimine baxış

Futbol
Bu gün, 17:20

Fənərbaxça Lukas Hoqsberq transferinə maraq göstərir

Futbol
Bu gün, 17:19

Zambiya yığmasının Bakıdakı U-15 dünya çempionatından sonra mükafat pulu uğrunda Federasiyaya ittihamları

Futbol
Bu gün, 17:12

Elmar Baxşıyev: Milli takımın Lixtenşteynlə qarşılaşmasına dair fikirləri

Basketbol
Bu gün, 17:07

Çerри Блейкс: «Трабзонспор» яға қаләбә єлә təсдіқ etdiyimizi sübuta vetirdik

Futbol
Bu gün, 17:00

Aleks de Souza "Fortaleza"nın baş məşqçisi ola bilər

Oxşar xəbərlər